Главная > Maraqlı > “Murmanskiy vestnik” qəzeti Azərbaycan diasporundan yazır
“Murmanskiy vestnik” qəzeti Azərbaycan diasporundan yazır7-02-2022, 15:11. Разместил: admin44 |
“Murmanskiy vestnik” qəzeti Azərbaycan diasporundan yazır “Murmanskiy vestnik” qəzetində vilayətin Azərbaycan diasporu barədə növbəti məqalə dərc edilib. Murmansk vilayətindəki “Azərbaycan” Mədəniyyət Mərkəzi” İctimai Təşkilatının və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Murmansk vilayət bölməsinin mətbuat katibi, Rusiya Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü AZƏRTAC-a bildirib ki, məqalənin müəllifi Qalina Dvoretskaya ötən şənbə Kirovsk şəhərində ənənəvi “Dostluq bayramı” festivalının təşkil olunması barədə yazır. Bu bayram on ildən çoxdur ki, müxtəlif millətlərin təmsilçilərini bir araya toplayır, onlar öz xalqlarının incəsənətini nümayiş etdirir, öz ənənələri ilə tanış edirlər. Festivalda vilayətin mədəniyyət müəssisələrinin yaradıcı kollektivləri, eləcə də milli təşkilatların təmsilçiləri iştirak ediblər. “Azərbaycan” Mədəniyyət Mərkəzi”nin nümayəndələri Natəvan Həmzəyeva (solo rəqs) və Hüseynalı Hüseynov (mahnı) öz ifaları ilə festival izləyicilərində Azərbaycan ab-havası yaradıblar. “Belomorye”, “Rusiya” və “Militsa” ansambllarının ifasında rus xalq mahnıları səslənib. Murmanskın tanınmış “Leleki” və “Cerela” kollektivləri Ukrayna mahnılarını ifa ediblər. “Kumovya” ansamblı mahnıları Ukrayna dilində səsləndirib. Əminə Xisamova ad-soyadlı gənc qız (“Yaktaş” Tatar Mədəniyyət Mərkəzi, Murmansk) “Kuqerçen” (“Göyərçin”) tatar xalq mahnısını ifa edib. Məqalə müəllifi daha sonra yazır ki, budəfəki festivalda əvvəlki illərlə müqayisədə qələbəlik olmayıb. Milli təşkilatların heç də hamısı səhnəyə çıxa bilməyib. Bəziləri mədəniyyət əşyalarını, xalqın məişətini, həmçinin indiki vaxtda təşkilatın həyatını nümayiş etdirən dekorativ-tətbiqi yaradıcılıq sərgisində iştirakla kifayətlənib. Milli mədəniyyətlər beləcə təkcə mahnıları, rəqsləri, eposu ilə deyil, həm də mətbəxləri ilə bir-birini zənginləşdirir və tamamlayırlar. Mədəniyyətlərin bu cür qarşılıqlı fəaliyyəti müxtəlif xalqların münasibətlərinin inkişafına kömək edir ki, bu da son siyahıyaalmaya əsasən, təqribən 30-dək millətin nümayəndələrinin uzun illər birgə yaşadığı Kola diyarının səciyyəvi cəhətidir. www.yeniheyet.az Вернуться назад |