Главная > Maraqlı > ll Qarabağ Müharibəsi qazisi Adilzadə Xalid Qadir oğlunu ziyarət

ll Qarabağ Müharibəsi qazisi Adilzadə Xalid Qadir oğlunu ziyarət


11-02-2022, 18:45. Разместил: admin44


11 Fevral 2022 -ci  il tarixində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi ll Qarabağ Müharibəsi qazisi Adilzadə Xalid Qadir oğlunu ziyarət etmişdir. Ziyarət zamanı Qazimizin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşdü.Vətən müharibəsi başlandığı gündən etibarən şəxsi heyət arasında qələbəyə inamın yüksək olduğunu bildirdi.

Adilzadə Xalid Qadir oğlu  1992 ci il iyunun 23 -də Masallı rayonunun Böyük Xocavar kəndində anadan olmuşdur.1999-2010 cu  illərdə Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbində məktəbində təhsil almışdır.2010-ci ilin oktyabr ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda “N” saylı hərbi hissədə davam etdirib. 2012-ci ilin aprel ayında ordu sıralarından tərxis olunub.

Hərbi xidmətdən qayıtdıqdan sonra Karatenin Kyokuşin növü ilə məşğul olmuşdur. I dan qara kəmər dərəcəsi almışdır.

Adilzadə Xalid Qadir oğlu  01 oktyabr 2020 cı il tarixdə  ll Qarabağ müharibəsinə könüllü olaraq ön cəbhəyə yollanmışdır. Qəhrəmanımız Cəbrayıl, Qubadlı rayonlarının azadlığı uğrunda  gedən döyüşlərdə fəal iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Adilzadə Xalid Qadir  oğlu  "Vətən müharibəsi iştirakçısı, "Cəsur döyüşçü", "Cəbrayılın azad olunması" , "Qubadlının azad olunması"  medalları ilə təltif olunmuşdur.


www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад