Главная > Maraqlı > “Çillə axşamı” ənənəsi: ağ boranı bişirilir, qarpız kəsilir...
“Çillə axşamı” ənənəsi: ağ boranı bişirilir, qarpız kəsilir...21-12-2017, 14:24. Разместил: yeni321 |
“Çillə axşamı” ənənəsi: ağ boranı bişirilir, qarpız kəsilir... Cənub bölgəsində Dekabrın 21-də yerli vaxtla saat 20:27-də Azərbaycana qış qədəm qoyacaq. Yaz fəsli kimi, qışın gəlişi də ölkəmizin cənub bölgəsində bayram əhval-ruhiyyəsi ilə qarşılanır. AZƏRTAC-ın bölgə müxbiri Bağır Əliyev xəbər verir ki, qış fəslinin daxil olması ilə əlaqədar cənub bölgəsində uzun əsrlərdən bu günə qədər yaşayan adətlərdən biri də “Çillə axşamı” mərasimidir. Bayramın atributları bu günümüzədək dəyişilməz qalıb - ağ boranı və qarpız. Bu bayramın rəmzləri qışla yayın, Xeyirlə Şərin mübarizəsini əks etdirir. İnsanlar bu günü bayram etməklə qışdan qorxmadıqlarını, yaza olan inamlarını bildirirlər. “Çillə axşamı” ağ boranı bişirmək və qarpız kəsmək adət-ənənəsi bu gün də qalmaqdadır. Boranı günəşin, qarpız isə soyuğun, qışın rəmzi sayılır. İnsanlar qarpızı kəsməklə qışdan qorxmadıqlarını, yaza doğru getdiklərini ifadə edirlər. Bu mərasimin digər adətlərindən biri də nişanlı qızların evinə qış xonçasının aparılmasıdır. Qız evinə yola salınacaq qış xonçasına adətən gəlinə bu mövsümlə bağlı pal-paltar, balıq, çöl quşları və qış meyvələri qoyulur. Qırmızı lent bağlanmış qarpız və boranı da öz yerində. Qədim inanclara görə, hər kəs “Çillə axşamı” ürəyində niyyət tutub, çillə qarpızından və ya boranısından bir dilim kəsib yesə, həm niyyətlərinə çatar, həm də növbəti qışa qədər azar-bezardan qurtarar. Вернуться назад |