Главная > Maraqlı / Manşet > Tarix heç nəyi unutmur

Tarix heç nəyi unutmur


18-02-2022, 11:52. Разместил: admin44

Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş hələdə beynəlxalq miqyasda ədalətli yerini tapmamış  “Soyqırım” hadisələrindən 30 il ötür.

Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların “Böyük Ermənistan” yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsdir.

Ermənistanın Azərbaycana təcavüzünün tarixi 2 əsr əvvələ dayanır. XIX əsrin əvvəllərində Rusiya İmperiyası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ermənilərin köçürülməsilə qoyulmuşdur.

Bu köçürülmədən sonra ermənilər tərəfindən azərbaycanlılara qarşı qəddar kütləvi terror və qanlı soyqırıma məruz qalması mərhələlərlə həyata keçirilməsi başlanılmışdır.

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri qəddar soyqırımdan biri yeni tarixdə yəni 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmişdir.

Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini hucuma keçdilər.

Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.

Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.

Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:

Uşaqlar - 63 nəfər; qadınlar - 106 nəfər; qocalar - 70 nəfər.

8 ailə tamamilə məhv edilmişdir.25 uşaq hər iki valideynini itirmişdir.130 uşaq valideynlərindən birini itirmişdir. 487 nəfər yaralanmışdır, onlardan uşaqlar - 76 nəfər;1275 nəfər əsir götürülmüşdür.150 nəfər itkin düşmüşdür.

Bu hadisə XX əsrdə Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən birinə çevrilmişdir.

Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.

Bu faciədə həmçinin, Azərbaycanın o vaxtkı siyasi və hərbi rəhbərliyi də günahkardır.

Həmin dövürdə Azərbaycanda rəhbərliyi həyata keçirmiş şəxslər ölkənin ərazi bütövlüyünün, təhlükəsizliyininn və onun vətəndaşlarının mühafizəsinin təminatçısı kimi Qarabağda,o cümlədən Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün zəruri olan tədbirləri görməmişdir. Ölkənin o dövürkü rəhbərliyi dövlətin ərazi bütövlüyünün, insanların hüquq və azadlıqlarının müdafiəsini təmin edə bilmədi.

1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev tərəfindən Xocalı soyqırımının baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması, bu faciənin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılmış, ona dövlət səviyyəsində hərtərəfli və obyektiv hüquqi-siyasi qiymət verilmişdir.

Ulu Öndərin səyi nəticəsində erimənilərin Xocalıda törətdikləri vəhşiliklər haqqında xarici mətbuatın geniş yazılar dərc olundu.

Ulu Öndər Heydər Əliyev tərəfindən azərbaycanlılarıbn Xocalı hadisələrində soyqırıma məruz qalması və onun bütün dünyada tanınması üçün “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı imzalamışdır.

Ulu Öndər Heydər Əliyev iştirak etdiyi bütün beynəlxalq təşkilatlarda Xocalıda baş verən hadisələrdə azərbaycanlırın təbii hüquqları xüsusilə yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq, mülkiyyət hüquqları kəskin şəkildə pozulması və tapdanması eləcədə, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bu soyqırımda İnsan hüquq və azadlıqlarını özündə əks etdirən Cenevrə konvensiyası, BMT-nin Baş Məclisinin 10 dekabr 1948 -ci ildə elan olunan İnsan hüquqlarının Ümumi Bəyannaməsinin, "İnsan hüquqlarının ümumi və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının, BMT-nin Mülki və Siyasi hüquqlar haqqında Paktın maddələri ermənilər tərərfindən ciddi şəkildə pozulması çatdırılmış və beynəlxalq aləmdə bu hadisəyə siyasi qiymətin veriməsi üçün çalışmışdır.

Azərbaycan Milli Məclisi hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.

Biz Masallı regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi olaraq “Xocalı soyqırımı” hadisəsi ilə bağlı əməkdaşlar arasında təbliğat işləri apararaq bir daha həmin hadisə qurbanlarını yad edirik.

Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.

Tarix heç nəyi unutmur.


Rabi İSAYEV,
Masallı regional “ASAN xidmət” mərkəzində
Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi.


www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад