Главная > Maraqlı > Bəşəriyyətə qarşı törədilmiş ağır cinayət – Xocalı soyqırımı

Bəşəriyyətə qarşı törədilmiş ağır cinayət – Xocalı soyqırımı


18-02-2022, 19:10. Разместил: admin44

Ermənilərin etnik təmizləmə məqsədilə amansızlıqla həyata keçirdikləri Xocalı qətliamından 30 il keçsə də, faciəni öz gözləri ilə görən, insanlığa qarşı ağlasığmaz dəhşətləri ürək ağrısı ilə xatırlayan soydaşlarımız indi də o günlərdən danışanda həyəcanlanmaya bilmirlər. 1992-ci il fevralın ikinci yarısından başlayaraq, erməni hərbi birləşmələri tərəfindən tam mühasirəyə götürülmüş Xocalı şəhəri həmin ayın 26-da, bir gecədə yer üzündən silinmiş, sakinləri öldürülmüş, sağ qalanlar isə olmazın işgəncələrə məruz qoyulmuşdur. Aldığımız müsahibələrdə Xocalı faciəsinin müdhiş səhnələri bir daha göz önündə canlanır və onu törədənlərin haqq divanına çəkiləcəklərinə inam ifadə olunur...



Seyfəddin Əliyev, politoloq:

– Ermənilərin Xocalıda təkcə biz azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş həmin dəhşətli cinayət əməlləri nəticəsində 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girovlardan 150 nəfərin, o cümlədən, 68 qadının və 26 uşağın taleyi naməlumdur. Xocalı qətliamına haqlı olaraq “Əsrin faciəsi” deyilir.

Bu faciə ötən əsrdə dünyada baş vermiş insan qırğınlarının ən dəhşətlilərindən biri idi. Bənzər kütləvi qətliamlar Osvensim, Holokost düşərgələrində, Qvatemalada, Burundidə, Ruandada, Şərqi Timorda, Somalidə, Xorvatiyada da baş verib. Bəşəriyyət gərək Xocalı harayını eşidib, lazımi qiymətini verə ki, bir daha belə faciələrlə üzləşməyək. Artıq dünyanın 10-dan çox ölkəsi Xocalı soyqırımını rəsmən tanıyır. Bu yöndə təbliğat işlərimiz davam edir. Heydər Əliyev Fondunun xəttilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində geniş işlər görülür. Ermənistan dövlətinin cəzasız qalmayacağına böyük inam bəslədiyimiz hərbi cinayətləri sənədləşdirilib, video və fotomateriallar beynəlxalq aləmdə geniş auditoriyaya təqdim olunub. Qoy, dünya görsün ki, erməni faşistlər bu qırğını onların hərbi təcavüzü zamanı əzəli yurd yerlərinin müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, dinc əhalini məhv etmək niyyəti ilə törədiblər.

Bu gün Ermənistanda özlərini siyasət azmanı sayan koçaryanlar, sarkisyanlar, əliqanlı ohanyanlar, onları təhrikçi yazıları ilə ruhlandıranlar, İkinci Qarabağ savaşı zamanı Gəncəni, Bərdəni, Tərtəri raket atəşlərinə tuitaraq dinc əhalinin ölümünə səbəb olanlar beynəlxalq hüququn bütün vasitələri ilə ciddi cəzalandırılmalıdırlar.



Hazırladı: Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”шаблоны для dle 11.2
Вернуться назад