Главная > Maraqlı / Manşet > Masallıda “Uşaqlar bizim gələcəyimizdir: Gəlin gələcəyimizi qoruyaq” mövzusunda tədbir

Masallıda “Uşaqlar bizim gələcəyimizdir: Gəlin gələcəyimizi qoruyaq” mövzusunda tədbir


19-02-2022, 18:16. Разместил: admin44

Masallıda “Uşaqlar bizim gələcəyimizdir: Gəlin gələcəyimizi qoruyaq” mövzusunda tədbir keçirilib.

Masallı rayon Heydər Əliyev Mərkəzi və Bioloji Təbabət Klinikasının birgə təşkilatçılığı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar “Uşaqlar bizim gələcəyimizdir: Gəlin gələcəyimizi qoruyaq” mövzusunda tədbir keçirilib. Tədbirdə Mərkəzin əməkdaşları ilə yanaşı Masallı şəhər 3 saylı məktəbəqədər təhsil müəssisəsinin balaca fidanları və müəllimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə bildirib ki, Respublikanın hər yerində olduğu kimi Masallı rayonununda da uşaqların normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün ilbəil müxtəlif tədbirlər həyata keçirilir. G. Vəkilzadə çıxışının davamında uşaqlara göstərilən dövlət qayğısının tərkib hissəsi olaraq rayonda  yeni bağçalar və məktəblərin inşa olunduğunu, parklar salındığını qeyd edib.

Daha sonra Bioloji Təbabət Klinikasının psixoloqu Nigar Pənaliyeva mövzu əsasında təlim aparmaq məqsədilə balaca fidanları səhnəyə dəvət edib. Uşaqlar maraqlı oyunlar oynayaraq əyləniblər.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd uşaqlarda humanizm, dostluq, həmrəylik və Vətənə sevgi hisslərinin tərbiyə olunması, onların istedad və bacarıqlarının üzə çıxarılması, ümumilikdə onlar arasında daha yüksək əhvali-ruhiyyə yaratmaqdan ibarətdir.



www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад