Главная > Maraqlı > "YENİ HƏYAT" qəzeti-90

"YENİ HƏYAT" qəzeti-90


21-02-2022, 12:12. Разместил: admin44

İgid döyüşçü

Ağamir Fəttayev Masallı rayounun Şatıroba kəndində anadan odmuşdur, o, kiçik yaşlarından belə qoçaq və çalışqan idi. Kənddə hamı onu “qoçaq oğlan” -deyə çağırırdı. O, kolxozda namusla işlədiyindən kolxozun heyət idarəsi onu sahə briqadirliyinə irəli çəkmişdi.

Böyuk Vətən müharibəsi başlanan zaman cəbhəyə yola düşən Ağamir yoldaş öz həmyerlilərinə: «Mən sizin başınızı ucaldacağam. Nə qədər nəfəsim var, düşmənə aman verməyəcəyəm” – demişdi.

A. Fəttayev olduğu hissənin komandiri Kodaçev yoldaş Şatıroba kəndindəki “Qırmızı Oktyabr” kolxozunun kolxozçularına belə yazmışdı:

– Sizin kolxozun qəhrəman oğlu serjant Ağamir Fəttayev yoldaş cəbhədə alman işğalçılarına qarşı dəfələrlə böyük qəhrəmanlıq nümunələri göstərmişdir. Bunun üçün də o, “Qırmızı ulduz” ordeni və “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

       

                                                            Baş leytenant: Kolaçev.

                                                  “Yeni həyat”, 7 noyabr 1944-çü il.

Redaksiyadan: Keçmiş cəbhəçi Ağamir Fəttayev hazırda rayonumuzun Şatıroba kəndində yaşayır. Müharibədən sonra Fəttayev Kirov adına sovxozda mühasib köməkçisi və briqadir vəzifəsində çalışmış, təsərrüfatın inkişafı üçün böyük əmək sərf etmişdir. İki cəbhənin mübariz əsgərinin yaxasından müharibə orden və medalları ilə yanaşı “Əmək veteranı” medalı asılmışdır. O, cəbhədə də, dinc qüruculuq dövründə də müharibə illərində aldığı kommunist adına sadiq qalmış, həmişə fərqlənmişdir.

A. Fəttaysv 9 övladını da əmək və qəhrəmanlıq ənənələri ruhunda böyüdür. Övladlarının 5-i xoşbəxt ailə sahibidir, sovxoz təsərrüfatında çalışırlar. Ağamir oğlu Mirzamanla haqlı olaraq fəxr edir. Əsgəri xidmətdə olan M. Fəttayevin komandirlərindən ailənin ünvanına tez-tez təşəkkür məktubları gəlir.

                                              22 yanvar 1983-cü il, №10 (4465).


www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад