Главная > Maraqlı > Onları unutmayaq

Onları unutmayaq


23-02-2022, 09:18. Разместил: admin44

Xırmandalının uzunömürlü, zəhmətkeş qadını
Məryəm dünyaya gələndə dövri-zamanın çox mürəkkəb vaxtı idi. Sosializm quran bir dövlətin səmasında qara buludlar dolub-boşalırdı. Varlılar torpaqlarını, mal-mülkünü dövlətə, daha doğrusu, kasıblara vermək istəmirdilər. Sinfi mübarizənin pik dövrü idi. Ancaq Peyruz kişinin evində körpə səsi ailənin çətin  durumuna mülayim bir ovqat qatmışdı. Ailənin maddi çətinlikləri Məryəmin körpə qığıltısına sədd qoya bilmirdi. İllər isə zamanın axarını sürətləndirirdi. Peyruz kişi ailəsində ikinci uşağa da  sevinirdi. Bir neçə il sonra ailədə ikinci qız dünyaya  gəldi. İndi Abdullanın iki bacısı vardı. Balaca Abdulla hər iki bacısını çox sevir, anası çölə-bayıra çıxanda onların qayğısını çəkirdi. Çox keçmədi ki, 12 yaşlı bacısı  dünyasını dəyişdi. Məryəm bacı itkisindən sarsıldı. Təklik onu sıxırdı. Elə bu vaxt faşist Almaniyası bütün Avropaya meydan oxumağa başladı.  Həddi-büluğa çatan Abdulla da müharibəyə yollandı. Faşizm yuvasında boğulsa da Abdulla bu günə kimi qohum-əqrəbasının gözünü yolda qoydu.

Yeniyetməlik illərində ev-tarla işlərində valideynlərinin ən yaxın köməkçisi olan Məryəm ailə həyatı quranda  da kolxozda çalışır, çəltik, buğda yetişdirilməsində də hünər göstərirdi. O illərdə kolxoz təsərrüfatı çoxsahəli idi. Paxla, noxud, lərgə, mərcimək yetişdirir, dövlətə satır, kolxozçular əmək haqqı şəklində bundan yararlanırdılar. Ailədə uşaqların sayı artsa da Məryəmin zəhmətdən həvəsi sönmürdü.

Artıq ailədə 7 uşaq  – 4 oğul, 3 qız böyüyürdü. Uşaqların gələcək taleyini fikirləşib səylə çalışan   bu zəhmətkeş ana qızı Dilşadın vəxtsız vəfatından üzüldü. Axı hər övlad üçün qəlbində bir arzusu var idi.

Məryəmin əməksevərliyi bütün Xırmandalıların gözündə ucaldı. Rayonda tanınan briqadir Yaşasın Abdullayev Məryəmin işindən, çalışqanlığından, təcrübəsindən sovxoz rəhbərliyinə raportlar təqdim etdiyindən Məryəm hər rübdə mükafatlandırılırdı. Bu mükafatlar isə ailənin yaxşı yaşayışını təmin edirdi. Sonralar briqadirYusub Əmənov da onun zəhmətkeşliyindən yığıncaqlarda həvəslə danışardı.

Bu günlərdə ömrünün 93-cü ilində haqq dünyasına köçən zəhmətkeş ananın oğlu Heydərlə görüşdüm. Ömrünün 50-ci ilini başa vurmağa hazırlaşan Heydər kişi anasının qayğıkeşliyindən, zəhmətkeşliyindən çox danışdı. Dedi ki, anam sağlam, sabaha ümidlə yaşayan idi. Çox keşməkeşli həyatı olub. Balalarını böyüdüb ərsəyə çatdırmaq üçün zəhmətə könül verib. Hər uşağın arzusunu həyata keçirməyə çalışıb.  Anam son illərini xoşbəxt yaşayıb. Nəvələrinin sayını unutmuşam. Qızı Tahirədən iki kötükcəsi var. Odur ki, dünyasını dəyişəndə bir daha xatırlatdı ki, Allahımdan razıyam. Bu gün arzularım həyata keçib.
Oğlu Heydər deyir ki, anamın medalları çox olub. Yaxşı işi rayon rəhbərlərinin  gözündən qaçmayıb. Sonra əlindəki Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24 aprel 1947-ci il tarixli qərarı ilə “1941-1945-ci illərdəki Böyük Vətən müharibəsi zamanı igidliklə çalışdığına görə” medalını göstərdi.

2021-ci ilin dekabrın 16-da haqq dünyasına köçən Məryəm Nəzərova vətənpərvərliyi, zəhmətsevərliyi, ailəcanlığı ilə uzun illər yaddaşlarda qalacaq.
Məryəm ananın sonbeşiyi olan Heydər özü də ailəsinin xoş güzəranı üçün bu gün də səylə çalışır. Deyir ki, kənddə anamın anılmasını görüb qürur hissi keçirirəm. Anam Məryəm əsl ömür yaşayıb ki, bu da onun uzun illər xatirələrdə yaşamasına səbəb olacaq.


İbrahim ŞÜKÜROV,
AJB-nin üzvü.
шаблоны для dle 11.2
Вернуться назад