Главная > Maraqlı > 65 yaşın işığında

65 yaşın işığında


28-02-2022, 10:03. Разместил: admin44
 
Təbrik edirik!

İnsan həyatının hansı səhifəsindən varaqlasan fərqi  yoxdur. Hər ayın, hər ilin öz axar-baxarlı görüntüsünü görərsən. İlin hansı fəslində doğulmasından asılı olmayaraq bu ömür yazdan başlanır. Yazın ab-havası, gözəlliyi  ilə böyüyür, hərarətindən bəhrələnir insan. Yayında dirçəlir, püxtələşir, payızı, qışı da xoş ovqatlı olur.

Qodmanlı Əli Cahangirovla söhbətimiz şirinləşəndə aydın oldu ki, 65 illik ömrü bir göz qırpımı hesab edir:
-Həyatım o qədər keşməkeşli olub ki, 65-in nə vaxt çatdığını belə hiss etməmişəm. Bəzən həyatın  belə ötkünlüyünə şübhə və qısqanclıqla  yanaşıram. Ancaq nə edəsən ki, bu ömrü yaşamışam, necə yaşadığımı isə el-oba bilir.
1957-ci ildə dünyaya göz açan Əli Süleyman kişinin ailəsində böyüyüb, bu səmimi, mehriban, halal mühitdə tərbiyələnib.
Süleyman Cahangirov isə o vaxtlar rayonda ədəb-ərkanı, mehribanlığı ilə tanınan kişilərdən olub. Böyük Vətən müharibəsində yaralanan Süleyman 25 il Qodmanda kənd sovetinin sədri işləyib.

Pensiyaya çıxana kimi kəndin rəhbərliyini ona etibar ediblər. Burada kolxoz-sovxoz təsərrüfatının qurulub möhkəmləndirilməsində əməyi olub. İşlədiyi dövrdə bir sakinin xətrinə dəyməyib. Odur ki, bu gün də yaxşılığını söyləyənlər var.  Ailədə boya-başa çatan 5 qardaş, iki bacı kənddə yüksək tərbiyəsi, sakitliyi ilə seçilib.
Əli Cahangirov da bu ailədə böyüyüb cəmiyyətə qatılıb. Qodman  8 illik məktəbini bitirən yeniyetmə Əli sonralar rayonun ilk təhsil ocaqlarından olan Ərkivandakı məşhur “Ağ məktəb”də biliyə, elmə yiyələnmişdi. Məktəbdə yaxşı oxuyub tələbkar müəllimlərin rəğbətini qazanmışdı: Məzunların arasında ali təhsil ala biləcəklərdənsən, – demişdilər.

Ancaq Əli həmin il arzusuna çata bilmədi. Təəssüflənmədi də. İki il əsgərlik borcunu da ödəyəndən sonra  Gəncədəki Kənd Təsərrüfatı İnstitutunun  meyvə-tərəvəz  və üzümçülük  fakültəsini bitirib doğma kəndindəki sovxoza ali təhsilli mütəxəssis kimi gəldi. O illərdə Qodmanın əsas təsərrüfat sahəsi çayçılıq idi.  

Ancaq Əli burada tərəvəzçilik üçün yaxşı şərait olduğunu sübut etdi. Odur ki, qısa vaxtda sovxoz rayonda tərəvəzçilikdə də uğurlar qazandı. Dörd il istesalatda təcrübə toplayan Əlini 1987-ci ildə sovxoz direktorunun müavini vəzifəsinə irəli çəkdilər.
Məlumdur ki, ötən əsrin 90-cı illəri ölkəmiz üçün müstəqillik yolunda çətin vaxtlar idi. Dövlət təsərrüfatları dağılmaqda idi. Ölkədə olduğu kimi Qodmanda da ictimai-siyasi həyat axarından çıxmışdı. Belə bir vaxtda
-1992-ci ildə Əli Cahangirovu Qodman ərazisinə nümayəndə təyin etdilər.
-Çətin dövr idi, ermənilər Qarabağ və ətraf rayonlarda torpaqlarımızı işğal edirdilər.Gəncləri səfərbər etmək, onları cəbhəyə yollamaq fəallıq tələb edirdi. Mən bunun öhdəsindən gəldim. Ulu Öndər hakimiyyətə gələndən sonra xaos, hərc-mərclik hallarının qarşısını inamla alırdıq. Bu vəzifədə 2005-ci ilə kimi çalışdım.

Vətən müharibəsi dövründə  də gəncləri cəbhəyə ruhlandırmaq üçün səy göstərirdim. Cənab Ali Baş Komandanımızın siyasi və hərbi sayıqlığı nəticəsində torpaqlarımız sürətlə geri alınanda ötən əsrin 90-cı illərinin ağrı-acısını unudur.
Əli müəllim indi ömrünün ahıl çağlarını yaşayır. Yaşadığı ömrün mənasını yaxşı dərk edib. Elin xeyir-şərində həmişə başda olub. İndi 4 övlad atası, 8 nəvə babasıdır.

YAP-ın üzvü kimi bu gün də dövlətçiliyimizə xidmət edir. El ağsaqqalı, vətənpərvər insan Əli Cahangirovu  65 illik yubileyi münasibətilə  təbrik edir, ona cansağlığı, uzun ömür arzulayırıq.


Ə.HƏSƏNAĞA.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад