Главная > Maraqlı > “Adam”

“Adam”


22-12-2017, 22:39. Разместил: yeni321
 
“Adam”

21 ildən sonra premyerası olan film...

Dekabrın 22-də Nizami Kino Mərkəzində görkəmli kinorejissor Şamil Mahmudbəyovun son filmi olan “Adam”ın premyerası olub.

 21 ildən sonra təqdim olunan ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb.

Filmin təqdimatından öncə ekran əsəri və rejissor haqqında məlumat verilib.

Bildirilib ki, unudulmaz rejissor Şamil Mahmudbəyovun vəfatı və maliyyə vəsaitinin çatışmazlığı səbəbindən filmin işləri yarımçıq qalıb. Ekran əsəri mərhum sənətkarın ölümündən sonra, 2010-cu ildə “Yeni Dalğa” Prodüser Mərkəzində filmin quruluşçu operatoru Nizami Abbas tərəfindən Şamil müəllimin rejissor ssenarisi əsasında montaj olunaraq tamamlanıb.

Qeyd edilib ki, ssenari müəllifi yazıçı-tərcüməçi Nəriman Əbdürrəhmanlı olan film Şamil Mahmudbəyovun son filmidir. Tarixçi Balaş Abbaszadənin hekayələrinin motivləri əsasında ekranlaşdırılan filmin prodüseri Rasim Həsənov, quruluşçu-operatoru Əməkdar İncəsənət Xadimi Nizami Abbasdır.

Diqqətə çatdırılıb ki, mənəvi aləmi dağılan insanın faciəsindən bəhs edən film müxtəlif vaxtlarda darıxan insanların həyatla necə mübarizə apardıqlarından bəhs edir. Eyni zamanda, ekran əsərində insanların bir-birinə qarşı olan etinasızlığından, vəfasızlığından və ümumilikdə insan tənhalığından danışılır.

Filmdə əsas rolları aktyorlar Arif Kərimov, Ruslan Nəsirov, Rahib Əliyev, Arif Qasımov, İdris Rüstəmov, Bəhram Bağırzadə, Elxan Quliyev, Yuri Rjov, Zilli Namazov və Sona Quliyeva ifa edirlər.

Böyük maraqla izlənilən film tamaşaçılar tərəfindən alqışlılarla qarşılanıb.
 шаблоны для dle 11.2
Вернуться назад