Главная > Maraqlı > Masallıda yanğın-taktiki məşğələlər

Masallıda yanğın-taktiki məşğələlər


2-03-2022, 17:22. Разместил: admin44

Tarix-Diyarşünaslıq Muzeyi və Dövlət Rəsm Qalereyasında yanğın-taktiki məşğələlər

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Masallı rayon Dövlət Yanğından Mühafizə Hissəsi (DYMH) tərəfindən Masallı Tarix- Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının inzibati binasında yanğın-taktiki məşğələlər keçirilib.
Təlim zamanı adıçəkilən müəssisələrin işçilərinə Masallı rayon DYMH əməkdaşları tərəfindən yanğın və texniki təhlükəsizlik qaydaları, yanğının qarşısının alınması və digər qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verilib.
Muzeyin və Qalereyanın rəhbərliyi keçirilən taktiki təlimə və tövsiyələrə görə Masallı rayon DYMH-nin rəis müavini Nəsimi Əliyevə minnətdarlıqlarını bildiriblər.


www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад