Главная > Maraqlı / Manşet > “Masallı etüdləri” Masallımızda

“Masallı etüdləri” Masallımızda


5-03-2022, 22:56. Разместил: admin44

05 mart 2022-ci il tarixdə rayon İcra hakimiyyətinin iclas zalında Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov 25 nəfərdən ibarət rəssam qrupunu qəbul etmişdir.

İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Parkındakı Şəhidlər abidə-kompleksini ziyarət edərək, şəhidlərimizin xatirəsi ehtiramla andılar.

Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsilə başladı.
Rayon rəhbəri gələn qonaqları salamlayaraq rayonda yaşayan insanların qonaqpərvərliyindən söhbət açmış, Masallının zəngin təbiətə malik bir rayon olmasını qeyd etmişdir.

Azərbaycan Rəssamlar İttifaqının üzvləri — layihə rəhbəri Elnurə İsgəndərova və etüd rəhbəri Aygün İsgəndərova çıxışlarında bildiriblər ki, “Masallı mənzərələri” əsərimizi hazırlamaqda məqsədimiz bölgələrimizi daha yaxından tanımaq və eyni zamanda kənd turizminin inkişafına dəstək olmaqdır.
Layihə rəhbəri Elnurə İsgəndərova bildirmişdir ki, Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş «Masallı etüdləri» və digər bölgələrimizdən-məhəbbətli Qarabağımızdan, Ağdamdan, Oğuzdan... olan «Vətənpərvərlik etüdləri» ilboyu davam edəcək və sonda YAP-ın Yasamal Rayon Təşkilatında sərgilənəcəkdir.

Sonra rəssamlar əsrarəngiz təbiət mənzərələrindən ilhamlanaraq bir-birindən gözəl, yaddaqaqlan, bənzərsiz rəsm əsərləri yaratdılar.

Sonda qonaqlarla xatirə şəkilləri çəkdirildi.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад