Главная > Maraqlı > Azərbaycan qadınının cəmiyyətdə rolu

Azərbaycan qadınının cəmiyyətdə rolu


7-03-2022, 19:49. Разместил: admin44

Azərbaycan Respublikasında dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılması Ümumilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan qadınına ən yüksək qiyməti Ulu Öndər Heydər Əliyev verib. Dahi rəhbər Azərbaycan qadınının ötən əsrlərdə yüksək mənəvi-intellektual səviyyəsi ilə ali zirvələrə qalxmasını fəxarət hissi ilə qeyd edərək deyib: "Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınlarımızın müstəsna rolu olmuşdur. Böyük fitri istedadı, dərin zəkası və möhkəm iradəsi ilə seçilən Azərbaycan qadınları tariximizin bütün dövrlərində səmərəli fəaliyyət göstərərək, dünya mədəniyyət xəzinəsinə öz sanballı töhfələrini vermişlər".

Bəli, Ulu Öndər milli qadın hərəkatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görmüşdür. Ümummilli Lider qadınların rəhbər vəzifələrdə irəli çəkilməsinə xüsusi diqqət verirdi. Qadınlarla bağlı heç bir yığıncaq, iclas, qurultay nəzərindən kənarda qalmırdı.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Xüsusi qeyd etmək lazımdır ki, MDB ölkələri içərisində yeganə bizim ölkəmizdə belə bir dövlət qurumu var. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Həmçinin, hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün “Gender bərabərliyinin təminatları haqqında” (2006-cı il), “Məişət zorakılığının qarşısının alınması haqqında” (2010-cu il) Azərbaycan Respublikası qanunları qəbul olunmuşdur. Həmin qanunların qəbul olunmasında Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi rol var. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ölkəmiz və ümumilikdə dünya qadınları üçün belə bir örnəyi yaradır. Öz çoxşaxəli fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının özünütəsdiqi rolunda çıxış edir, onun nüfuzunu yüksəklərə qaldırır. Dünya Mehriban xanımın simasında Azərbaycan qadınını dərin biliyə, yüksək intellektə, peşəkar təşkilatçılıq qabiliyyətinə, bəşəriyyətin bu günü və gələcəyi ilə bağlı yüksək məsuliyyət hissinə, ali ideallara malik obrazda tanıyır, şəxsiyyətinə dərin rəğbət bəsləyir.

Müasir dövrdə ölkə qadınlarının ölkə həyatında rolunu yüksək qiymətləndirən cənab Prezident İlham Əliyev demişdir ki, qloballaşma dalğasının ənənəvi dəyərlər sistemini sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda xanımlarımız milliliklə müasirliyin vəhdətini daxili aləmlərinin ayrılmaz tərkib hissəsinə çevirərək nəsillərin varisliyi prinsipini qoruyur və ədəbi-ictimai, elmi-mədəni fikir salnaməmizdə iz qoymuş maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirirlər… Bəli, həqiqətən, bu gün Azərbaycan qadını xalqımızın mənəvi, mədəni ənənələrin qoruyucusu deyil, həm də bütün peşə və sahələrdə mühüm rol oynamaqla müstəqil respublikamızın inkişafında fəal iştirak edirlər. Bizim qadınlarımız istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və Vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarırlar.
Biz dünyanı ağuşuna alan COVID-19 pandemiyası, 44 günlük Vətən müharibəsində qadınlarımızın cəsarətinə bir daha şahid olduq. Biz ana gördük ki, oğul tabutuna girdi, ana gördük ki, şəhid balasının üstünə dizin-dizin süründü, gəlin gördük ki, qürurunu saxladı, layiqli göz yaşları axıtdı... Aydın oldu ki, Azərbaycan qadını vətənpərvərliyi dünyada yeni qadın obrazı yaratdı. Bu bizim tarixən tanınmış qadınlarımızın yeni təcəssümüdür. Ona görə şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qadın həm də anadır, Vətəni müdafiə edən, onun inkişafına töhfə verən övlad yetişdirir. Cənnət anaların ayaqları altındadır. Əsl analarla fəxr edirik! Fürsətdən istifadə edib qadınları, anları, bacıları, qızlarımızı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Onlara ailə səadəti, nailiyyətlər diləyirəm. Qadınlarımızın uğuruları ölkəmizin daha da güclənməsi, qüdrətlənməsi və firavanlığı yolunda bir addımdır.

Masallıda da rayonun ictimai həyatında fəal iştirak edən, dövlət idarələrində, təhsil və səhiyyə müəsissələrində aparıcı qadınların sayı son illərdə artmışdır. Onlarca məktəb direktoru, səhiyyə vəzifəlisi, mədəniyyət və incəsənətin inkişafında rolu olan hər gün rastlaşdığımız qadının həyatı və fəaliyyəti ilə həmişə fəxr edirik. Onların işini, zəhmətini görəndə, belə nəticə çıxarırıq ki, tərəqqi biz qadınların əlindədir. İstəsək ailəmiz üçün də, cəmiyyətimiz üçün də faydalı ola bilərik və bunun üçün səy göstərməliyik.

Mətanət PAŞAYEVA,
Bədəlan kənd bələdiyyəsinin sədri.


www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад