Главная > Maraqlı > Formalaşan çoxpartiyalı parlament demokratiyanın inkişafında önəmlidir

Formalaşan çoxpartiyalı parlament demokratiyanın inkişafında önəmlidir


10-03-2022, 14:20. Разместил: admin44
          
Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin birinci iclasındakı çıxışında Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını yaradıcı surətdə davam etdirdiyinizə və Azərbaycan xalqının maraqlarına xidmət edən dövlətçilik fəaliyyətinizə görə Parlament üzvlərinə  dərin təşəkkürünü bildirmiş və gələcək işlərinizdə yeni böyük uğurlar arzulamışdır.
         
Möhtərəm Prezidentimiz çıxışında  ”Fevralın 9-da keçirilmiş parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisə idi. Hər bir seçkilər önəmli hadisədir, bu seçkilərin xüsusiyyəti ondan ibarət idi ki, o, növbədənkənar seçkilər idi. Bu seçkilərin fevral ayında keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir. Hesab edirəm ki, seçki prosesi uğurla keçdi və bu dəfə seçkilərə çox böyük maraq göstərilmişdir. Bunun əyani sübutu odur ki, bu seçkilərdə 1300-dən çox namizəd iştirak etmişdir. Əlbəttə ki, bu namizədlər fəal iş apararaq öz fikirlərini, baxışlarını, ideyalarını seçicilərə azad şəkildə çatdıra bilmişlər. Bütün namizədlər üçün bərabər şərait yaradılmışdır, heç bir ayrı-seçkiliyə yol verilməmişdir. 1300-dən çox namizədin olması, əslində, seçkilərə onlar tərəfindən göstərilən etimadın təzahürüdür. Hesab edirəm ki, bütövlükdə seçki prosesi həm uğurla keçmişdir, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı bu seçkilərdən məmnun qalmışdır və seçkilərdən sonra müşahidə olunan hadisələr bunu bir daha göstərir.”qeyd etmişdir.
           
Bəli parlamentin bugünkü tərkibi göstərir ki, Milli Məclisin yenilənməsinə həqiqətən də zərurət var idi. Çünki istər dünya təcrübəsi, istərsə də Azərbaycan təcrübəsi göstərir ki, köklü islahatlar birbaşa dövlət idarəçiliyinin səmərəliliyini artırır. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, islahatlara alternativ yoxdur.Prezident İlham Əliyevin həyata keçirdiyi sistemli kadr siyasəti də birbaşa dövlətçiliyə və dövlət idarəçiliyinin güclənməsinə hesablanıb. Belə ki, kadr islahatları çərçivəsində gənc və savadlı kadrlar, o cümlədən, Milli Məclisin Aparatında uzun illər fəaliyyət göstərən təcrübəli dövlət qulluqçuları qabaqcıl vəzifələrə irəli çəkilib. Vətən müharibəsi qazisinin ailə üzvünə Milli Məclisdə yüksək vəzifə verilib.
         
İstər pandemiya dövründə, istərsə də 44 günlük Vətən müharibəsi dövründə Milli Məclis öz missiyasını uğurla yerinə yetirdi. Bu çərçivədə qlobal pandemiya ilə mübarizə zamanı Milli Məclisin fəaliyyətində müasir texnologiyaların tətbiqi genişləndirilmiş, parlamentin komitə və komissiyalarının iclasları, Milli Məclis Aparatının və İşlər İdarəsinin toplantıları onlayn qaydada həyata keçirilib.
Azərbaycan Respublikasının Milli Məclisi şanlı Ordumuzun əks-hücum əməliyyatlarına başladığı ilk anlardan etibarən, beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı hərbi təxribatları, şəhər və rayonlarımızı artilleriya və raketlərdən atəşə tutması ilə bağlı həqiqətləri çatdırmaq məqsədilə milli parlamentlərə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlanmışdır. Parlament rəhbərliyinin və dostluq qruplarının adından 88 ölkənin parlamentlərinə və 11 beynəlxalq təşkilata 140-dan çox məktub göndərilib.
             
Beləliklə, Milli Məclis ötən dövr ərzində ölkədə həyata keçirilən islahatlar kursuna uyğun olaraq, ona cavab və təkan verən bir ali qanunverici orqan kimi özünü təsdiqlədi. Bu da heç şübhəsiz ki, səbəbsiz deyil. Çünki bu ali qanunverici orqan yeni ruhlu bir parlamentdir”.Beləliklə, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və  bu, demokratiyanın inkişafında önəmli addımdır.


Əntiqə Tağıyeva,
Hişkədərə kənd sakini.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад