Главная > Maraqlı > Maşın qaçıran keçmiş məhkum qəza törədib

Maşın qaçıran keçmiş məhkum qəza törədib


10-03-2022, 23:28. Разместил: admin44

Bakıda avtomobil qaçıran şəxs qəza törədib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə martın 8-də rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən Bakı şəhər sakini G.Novruzovaya məxsus “Chevrolet” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş R.İbrahimovun həmin gün saat 23 radələrində Zabrat yolunda yol-nəqliyyat hadisəsi törətməsi müəyyən olunub. R.İbrahimov saxlanıb.

Xətai RPİ-də araşdırma aparılır.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад