Главная > Maraqlı > Elimizə bahar gəlir

Elimizə bahar gəlir


14-03-2022, 15:00. Разместил: admin44

Martın 14-də Masallı rayon Mərkəzi Kitabxanasında Novruz bayramı ilə əlaqədar “Elimizə bahar gəlir” adlı tədbir keçirilib.
Kitabxana direktoru Əlhəddin Nəzərov xalqımızın  gözəl bayramı olan Novruz bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, onlara ən xoş diləklərini çatdırıb. O, Novruz bayramının yaranma tarixi haqqında söhbət açaraq arzu edib ki, bu bayram bütün xalqımıza, millətimizə düşərli olsun. Bütün dərdlər unudulsun getsin, insanlarımızın üzündə təbəssüm,ürəklərdə sevinc bol olsun.  
   
Sonra kitabxana əməkdaşları İlhamə Bağırova su,Gülər Piriyeva od, Nahidə Fərəcova yel, Lətafət Əlirzayeva  torpaq çərşənbələri haqqında məlumat veriblər.Novruz süfəsini şirniyyatlarla bəzəmək üçün Lətafət Əlirzayeva və  Şəmsurə Nəsirova əlvan xalı üzərində yuxa yayıb, şirniyyatlara bəzək vurublar. Bu bayramın yaraşığı olan Kosa və Keçəl bir-birindən maraqlı səhnəciklər nümayiş etdirərək tədbirə rəngarənglik qatıblar. Onlar tədbir iştirakçıları ilə yumurta döyüşdürərək məharətlərini nümayiş etdiriblər. Bayramın rəmzi olan Bahar qızı əlində səməni musiqi sədaları altında məclisə daxil olaraq xalqımıza öz bayram təbriklərini çatdırıb.Tədbirin sonunda kitabxana əməkdaşları şən musiqi sədaları altında rəqs edərək, xatirə şəkli çəkdiriblər.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад