Главная > Maraqlı > Həmkəndlilərinin evindən oğurluq edən şəxslər saxlanılıb

Həmkəndlilərinin evindən oğurluq edən şəxslər saxlanılıb


15-03-2022, 17:36. Разместил: admin44

Həmkəndlilərinin evindən oğurluq edən Masallı sakinləri saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisinə məxsus yaşayış evindən 800 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Türkoba kənd sakini F.Əbilov saxlanılıb.

Aparılan araşdırmalarla həmin şəxsin daha iki yaşayış evindən ümumilikdə 1400 manat dəyərində müxtəlif növ məişət əşyaları oğurladığı müəyyən edilib.

Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlilərinin evindən oğurluq etməkdə şübhəli bilinən daha bir sakini, Türkoba kənd sakini M.Cəfərov saxlanılıb. Araşdırmalarla onun iki yaşayış evindən ümumilikdə 1500 manat dəyərində məişət əşyaları oğurladığı müəyyən edilib.

"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад