Главная > Maraqlı / Manşet > "Zərərli vərdişlərə yox deyək"
"Zərərli vərdişlərə yox deyək"16-03-2022, 09:12. Разместил: admin44 |
Masallı Rayon Gənclər və İdman İdarəsinin və “Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə ”Zərərli vərdişlərə yox deyək” mövzusunda konfrans keçirilib. Konfrans öncəsi Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, tədbiri giriş sözü ilə açan Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahagirov yeniyetmə və gənclərin zərərli vərdişlərdən, eləcə də narkomaniyadan uzaqlaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə rayonda həyata keçirilən ictimai-mədəni, idman və maarifləndirici tədbirlər barədə məlumat verib. Dini Qurumlar üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, “Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin psixoloqu Ramal Şükürov, “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin sədri Raci Səfərov, Masallı Dövlət Regional Kollecinin tələbəsi Süsən Məlikova zərərli vərdişlərin insana və genefondumuza vurduğu zərərdən və bu istiqamətdə aparılan mübarizə yollarından danışıblar. Həmçinin çıxışlar zamanı müasir cəmiyyətdə sağlam düşüncəli gənclərin formalaşdırılmasında bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açılıb, bu işdə təkcə dövlət strukturlarının deyil, cəmiyyətin də fəal iştirakının vacibliyi vurğulanıb. Sonda mövzu ilə bağlı videoçarx izlənilib, iştirakçıların sualları cavablandırılıb. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |