Главная > Maraqlı > “Qarabağda Novruz tonqalı”

“Qarabağda Novruz tonqalı”


17-03-2022, 16:17. Разместил: admin44

Bu mövzuda YAP Masallı rayon təşkilatı aparatında tədbir keçirilib

YAP Masallı rayon təşkilatı aparatında Novruz bayramı münasibəti ilə “Qarabağda Novruz tonqalı” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq Vətən müharibəsində şəhid olanların əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etmişdir.

Tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edən Seyfəddin Əliyev bildirmişdir ki, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmışdır.Novruzun milli taleyimizdəki yerini, bir xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki rolunu etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qymətləndirmişdir: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”.
Seyfəddin Əliyev qeyd etmişdir ki, ötən 30 il ərzində ermənilər bütün işğal olunmuş ərazilərimizdə olduğu kimi qədim Şuşa şəhərində də erməniləşdirmə, tarixi-mədəni təmizləmə siyasəti yürütməyə çalışırdılar. Ancaq 2020-ci ilin 8 noyabrındakı möhtəşəm qələbə ilə Azərbaycan xalqının tarixinə son üç əsrdə ilk dəfə Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruq" siyasəti ilə tarixi Zəfər gününü həkk edən şanlı Azərbaycan Ordusu və Azərbaycan dövləti düşmənə öz yerini bir daha göstərdi.

Seyfəddin Əliyev çıxışında bildirmişdir ki, artıq xalqımız ikinci ildir ki, Novruzu daha fərqli qeyd edir. Heç olmadığı kimi fərqli. Nəhayət, 30 ildən sonra Azərbaycan xalqının Novruz hədiyyəsi doğma Qarabağımızdır. Bu hədiyyəni, bu sonsuz sevinci isə Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbəri olduğu Azərbaycanın zəfər çalan yenilməz ordusu, dünya siyasi masasında öz arqumentləri ilə bütün oyunçulara haqq mövqeyimizi qəbul etdirməyi bacaran üstün Azərbaycan diplomatiyası və cənab Prezidentin ətrafında dəmir yumruq kimi birləşən mətin və həmrəy Azərbaycan xalqının özüdür.
Natiq nitqinin sonunda cıdır düzündə alovlandırılan Novruz tonqalı ilə doğma Qarabağa sahiblərinin burada olduğunu göstərən bir nur, düşmənə isə gözdağı verildiyini qeyd etdi.

Tədbirdə iştirak edən Ərkivan 4 saylı məktəb ərazi partiya təşkilatının sədri Vamiq Məmmədov, gənc YAP fəallarından Könül Qənbərova, Vüsalə İsrafilzadə və başqaları çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, qalib xalqımıza sülh, əmin-amanlıq və tərəqqi arzulayıblar.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад