Главная > Maraqlı > Masallı gənclərinin nümunəvi addımı davam edir

Masallı gənclərinin nümunəvi addımı davam edir


18-03-2022, 08:25. Разместил: admin44

17 mart 2022-ci il tarixdə Masallı rayon Güllütəpə kənd sakini 1998-ci il təvəllüdlü Təhməzov Şəhriyar Sərvər oğlu Saatlı rayon sakini 2003-cü il təvəllüdlü Təhməzova Gülnarə İmran qızı ilə toy gününə Masallı şəhərində ucaldılmış “Qəhrəmanlar Parkı - Şəhidlər Abidə Kompleksi”ni ziyarət etməklə başladılar.  Vətən müharibəsində böyük sücayət göstərərək Şəhidlik zirvəsinə yüksəlmiş Şəmsəddin Təhməzovun qardaşı Şəhriyarın toy mərasimində iştirak edən şəhid ailələri, ziyalılar, xeyriyyəçilər, sakinlər bəy və gəlinlə birlikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik məqamına yüksələn Qəhrəman oğullarımızı ziyarət etmiş, abidə önünə tər gül dəstələri düzmüş və ruhlarına dualar oxumuşlar.

Gənclərin belə nümunəvi addımı rayon rəhbərliyi və sakinlər tərəfindən rəğbətlə qarşılanmışdır.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад