Главная > Maraqlı > “Narkomaniya - uçuruma aparan yoldur” mövzusunda tədbir

“Narkomaniya - uçuruma aparan yoldur” mövzusunda tədbir


19-03-2022, 08:59. Разместил: admin44

Martın 18-də karantin rejiminin tələblərinə riayət olunmaqla Masallı rayon Heydər Əliyev Mərkəzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar “Narkomaniya - uçuruma aparan yoldur” mövzusunda tədbir keçirilib.

Tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin kollektivi və Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak ediblər.
Tədbirə başlamazdan öncə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi  bütövlüyü  uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxış edərək bildirib ki, ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsrdə də qlobal problemler sırasında qalmaqdadır. Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə davamlı siyasətdir. Narkomaniyanın yayılması hər kəsin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkomaniya ilə mübarizə sahəsində respublikanın hər yerində olduğu kimi rayonumuzda da mütəmadi tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

Sonra Masallı Bioloji Təbabət Klinikasının psixoloqu Nigar Pənaliyeva narkotizmlə mübarizənin uzunmüddətli, çoxşaxəli bir proses olduğunu və narkomaniyanın insan sağlamlığına, mənəviyyatına o cümlədən psixologiyasına törətdiyi fəsadları qeyd edib. Psixoloq N. Pənaliyeva bununla yanaşı narkotiklə mübarizə yollarından da danışıb.

Sonda təqdimatla çıxışında Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə, tədbirdə iştirak edən yeniyetmə və gənclərə narkomaniyanın törətdiyi fəsadlar barədə geniş və ətraflı məlumat verib.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад