Главная > Maraqlı > Mollaoba kəndində subasma hadisəsi - Fotoreportaj

Mollaoba kəndində subasma hadisəsi - Fotoreportaj


19-03-2022, 12:25. Разместил: admin44

Xəbər verdiyimiz kimi 2022-ci ilin mart ayının 18-dən 19-a keçən gecə intensiv yağan leysan yağşları Masallı rayonunun Mollaoba kəndi ərazisində sel-suya dönərək kəndin giriş hissasindəki məhəllələrə böyük ziyan vurmuşdur. Təbii fəlakətin törətdiyi çətinliyin qarşısını almaq, subasan evlərin sahiblərinə kömək üçün Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, rayon polis şöbəsinin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin bölgə mütəxəssisləri səfərbər olunaraq hadisə yerinə gəlmişlər. Sel-su kəndin yuxarı başından axıb aşağı məhəllələrindəki həyətləri basmışdır.

Rayon rəhbərliyinin səyi ilə Viləşçay Su Dəryaçasının iki ekskovatoru, Fövqəladə Hallar Nazirliyi Regional bölməsinin xidməti maşınları hadisə yerində işə başlamışlar. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin xüsusi müxbiri Həsənağa Əliyev (fotolar Rəşad Fərəcovundur) hadisə yerindən xəbər verir ki, bir neçə saat ərzində həyata keçirilən tədbirlər nəticəsində kəndin Ətcəli məhəlləsində və Babək küçəsində kanallar təmizlənmiş, suyun axması üçün əlavə arxlar qazılmışdır. Kənd sakinlərindən aldığımız məlumatda bildirilir ki, sel-su 100-ə yaxın evin həyətinə dolaraq fəsadlar törətmişdir.

Yaranmış çətinlyi tam aradan qaldırmaq üçün əlavə tədbirlər görülməkdədir.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад