Главная > Maraqlı > "Novruznamə" adlı musiqili kompozisiya

"Novruznamə" adlı musiqili kompozisiya


19-03-2022, 19:42. Разместил: admin44

Masallı şəhər Onbirillik İncəsənət Məktəbində "Novruznamə" adlı musiqili kompozisiya təqdim edilib

Masallı şəhər Onbirillik İncəsənət Məktəbində Novruz bayramı münasibətilə musiqili kompozisiya təqdim edilib. Bədii proqramda Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, mədəniyyət işçiləri, şagird valideynləri və digər qonaqlar iştirak ediblər.

Təhsil müəssisəsinin müəllim və şagirdlərinin hazırladığı "Novruznamə" adlı bədii proqramda milli kinofilmlərdən götürülmüş maraqlı epizodlar fərqli üslub və məzmunda səhnələşdirilib, Novruz personajları kosa və keçəlin iştirakı ilə əyləncəli oyun və yumoristik nömrələr nümayiş etdirilib. Bundan əlavə, bayram tədbirində məktəbin müəllimləri konsert proqramı ilə çıxış ediblər. Sonra şagirdlərin ifasında kinofilmlərdən musiqilər səsləndirilib, milli və əcnəbi rəqslər ifa olunub.

Bədii proqramdan sonra İdarə rəisi Bəxtiyar Qılıncov məktəbin pedaqoji kollektivi və tədbirin qonaqlarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, kollektivə tədris və yaradıcılıq uğurları arzu edib.
Musiqili kompozisiyanın sonunda xatirə şəkilləri çəkilib.


"Yeni heyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад