Главная > Maraqlı > Zəfər qanadlı bayram ovqatı

Zəfər qanadlı bayram ovqatı


23-03-2022, 11:12. Разместил: admin44

Qədim və gözəl Novruz bayramını xaqımız ictimai, siyasi və mədəni həyatda yeni uğurlarla qarşılayır. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfərin doğurduğu yüksək ovqat həyatımızın bütün sahələrinə dərindən nüfuz etmiş və bizi böyük qələbələrə ruhlandırmışdır. İndi Doğma Qarabağımızın hər bir guşəsində – Şuşada, Laçında, Ağdamda, Füzulidə, Zəngilanda böyük bərpa-quruculuq işləri gedir və yerli əhalinin oraya “Böyük Qayıdış”ı sürətləndirilir.

Zəfər yolu ilə həmin müqəddəs yurd yerlərinə vaxtaşırı səfərlər təşkil olunur, hətta hər kəs avtobusa bilet alaraq Şuşaya və Ağdama səfər edə bilər. Zəngilanın Ağalı kəndində “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərin sayəsində tezliklə orada məskunlaşma reallaşacaq.Digər bölgələrdə həyata keçirilən layihələr də bizi hədsiz sevindirir.

Yazın gəlişi ilə əlaqədar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında milli iqtisadiyyata sürətli inteqrasiya üzrə görülən işlər daha geniş vüsət alacaq. Hamı və hər kəs bu vətənpərvərlik amalı naminə əlindən gələni etməli və layiqli töhfələrini əsirgəməməlidir. Bizim “AzTERMOİZOL” ASC-nin kollektivi də bu işlərdən kənarda qalmır. Dəfələrlə beynəlxalq miqyasda keyfiyyətli iş sertifikatlarına layiq görülmüş müəssisəmizin mütəxəssisləri oradan aldıqları sifarişləri vaxtında və layiqincə yerinə yetirmək əzmindədirlər. Bir sözlə, hamımızın qəlbi doğma Qarabağımızla bir vurmaqdadır. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə həmin ulu yerləri mənfur düşməndən təmizləmiş hərbçilərimiz bir növ estafeti zəhmət cəbhəsinin hünərvər insanlarına ötürmüşlər. Biz də gərək elə edək ki, tezliklə Qarabağın və Şərqi Zəngəzurun yaraları tamamilə sağalsın, orada həyat yenidən öz əvvəlki axarına düşsün.

Cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində Qarabağın dünyanın cənnət diyarına çevriləcəyi vaxt uzaqda deyl. Bu, hazırkı iqtisadi siyasətimizin əsas prioritetlərindən biridir. Novruz bayramını sevinclə qeyd etdiyimiz bu günlərdə Ermənistanla sərhəddə qulluğunu davam etdirən əsgər və zabitlərimizi, eyni zamanda ezam olunduqları Qarabağ və Şərqi Zəngəzurda hünər göstərən zəhmət adamlarımızın hamısını təbrik edir, yeni-yeni nailiyyətlər arzulayıram.


Şakir HƏSƏNOV,
“AzTERMOİZOL” ASC-nin rəisi.

"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад