Главная > Maraqlı > Cəlilabadda narkokuryerlər 19 kiloqram narkotiklə saxlanılıblar
Cəlilabadda narkokuryerlər 19 kiloqram narkotiklə saxlanılıblar23-03-2022, 19:15. Разместил: admin44 |
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 19 kiloqramdan artıq olan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakinləri Nurlan Rəhimov və Adəm Təhməzov rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Onlara məxsus torbadan ayrı-ayrı bağlamalarda 9 kiloqram 200 qrama yaxın heroin, 3 kiloqram 640 qram tiryək, 6 kiloqram 530 qram marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər sözügedən narkotik vasitələri xarici ölkələrdən birində yaşayan narkotacir vasitəsilə əldə ediblər və onun dediyi yerlərə çatdırmaq müqabilində pul alacaqlarmış. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |