Главная > Maraqlı > Gənclər Vətən Müharibəsi qazisini ziyarət etdi

Gənclər Vətən Müharibəsi qazisini ziyarət etdi


29-03-2022, 20:06. Разместил: admin44

28 mart 2022-ci il tarixində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi ll Qarabağ Müharibəsi qazisi İsrafilov Azər Camal oğlunu ziyarət etmişlər. Ziyarət zamanı Qazimizin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb. Vətən müharibəsi başlandığı gündən etibarən şəxsi heyət arasında qələbəyə inamın yüksək olduğunu bildirdi.

İsrafilov Azər Camal oğlu 2002-ci il Aprelin 05-də Masallı rayonunun Ərkivan Qəsəbəsində anadan olmuşdur. 2008-2019 cu illərdə Ərkivan qəsəbə Z.Nəcəfov adına Bədirli orta məktəbində təhsil almışdır. 2020-ci ilin 01 Aprel ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. 2021-ci ilin İyul ayında ordu sıralarından tərxis olunub.
İsrafilov Azər Camal oğlu 27 sentyabr 2020 ci il tarixdə ll Qarabağ Müharibəsində Ağdam, Suqovuşan və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşdə snayper gülləsinə tuş gələrək qolundan və ayağından ağır yaralanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən İsrafilov Azər Camal oğlu “Cəsur Döyüşçü” və “Ağdamın Azad Olunması” medalları ilə təltif olunmuşdur.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад