Главная > Maraqlı > 31 mart - Azərbaycanlıların Soyqırımı Günü

31 mart - Azərbaycanlıların Soyqırımı Günü


30-03-2022, 11:02. Разместил: admin44

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul,Salyan,Zərgəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən,soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb .

Bu qanlı faciənin dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələrdir.1918-ci ilin mart ayından etibarən Bakı kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb.
Mart qırğınları zamanı ermənilər bir çox qədim binalara tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmayiliyyə binası top atəşinə tutaraq dağıdıblar.Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.

1998-ci il martın 26-da prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb Həmin gündən etibarən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.


Abusət Zeynalov,
Masallı rayonu Böyük Xocavar kənd tam orta məktəbinin direktoru.

"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад