Главная > Maraqlı / Manşet > Masallı gəncləri Dövlət Rəmzləri Muzeyinə ekskursiya ediblər

Masallı gəncləri Dövlət Rəmzləri Muzeyinə ekskursiya ediblər


30-03-2022, 18:29. Разместил: admin44
 
30 mart 2022-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə  gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi məqsədi ilə “Gənclərin vətənpərvərlik ruhunun formalaşmasında dövlət rəmzlərinin rolu” mövzusunda bir qrub gənc  Masallı Dövlət Rəmzləri Muzeyinə ekskursiya ediblər
       
Ekskursiya çərçivəsində gənclərə muzey haqqında ətraflı məlumat verilib.. Bildirilib ki, Muzeyin eksponatları arasında XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, keçmiş Azərbaycan SSR-in və müstəqil Azərbaycan Respublikasının konstitusiyaları, gerblər, bayraqlar, həmçinin müxtəlif illərə aid poçt markaları, orden və medallar da var.

Ziyarətçilər həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin andiçmə mərasimlərindən fotoları ilə tanış olublar.

"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад