Главная > Maraqlı > “Milli dəyərlərimizi qoruyaq və hörmət edək” adlı ekskursiya

“Milli dəyərlərimizi qoruyaq və hörmət edək” adlı ekskursiya


31-03-2022, 18:25. Разместил: admin44

Masallı Tarix-Diyarşünaslıq Muzeyində uşaqların asudə vaxtının səmərəli təşkili ilə bağlı ekskursiya təşkil edildi.

Masallı Tarix-Diyarşünaslıq Muzeyi uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə “Milli dəyərlərimizi qoruyaq və hörmət edək” adlı ekskursiya təşkil edildi. Ekskursiyada Masallı şəhər 3 saylı tam orta məktəbinin şagirdləri iştirak etdilər.

Adı çəkilən məktəb şagirdləri Muzey direktoru Əntiqə Tağıyeva tərəfindən regionun tarixi, adət-ənənələri, milli dəyərləri, tanınmış ziyalıları, müharibə iştirakçıları, Vətən Müharibəsi Qəhrəmanları haqqında geniş məlumatlar almış oldular. Eyni zamanda məktəblilərə milli adət-ənənələrə hörmətlə yanaşmağ, vətənpərvər, milli şüura bağlı yetişmələri barədə faydalı tövsiyələr verildi.

"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад