Главная > Maraqlı > “Şəhər mobillik planının hazırlanması” layihəsi ilə bağlı iclas
“Şəhər mobillik planının hazırlanması” layihəsi ilə bağlı iclas31-03-2022, 18:30. Разместил: admin44 |
31 mart 2022-ci il tarixdə Masallı şəhər ərazi nümayəndəliyində “Şəhər mobillik planının hazırlanması” layihəsi ilə bağlı iclas keçirilib. İclasda çıxış edən Masallı şəhər ərazi nümayəndəsi Əbülfəz Nuriyev son vaxtlar görülən nümunəvi işlər və həyata keçirilən layihələr haqqında məlumat verib. Sonra Ə.Nuriyev bildirib ki, 22 yanvar 2022-ci il tarixdə Nazirlər Kabinetinin təsdiqlədiyi “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”na əsasən, hərəkət planına 6 prinsip daxildir. Bunlar yol hərəkətinin bütün iştirakçılarının təhlükəsiz hərəkət ehtiyaclarının qarşılanması və əlçatanlığının, müxtəlif nəqliyyat növlərinin balanslaşdırılmış inkişafının və daha yaxşı inteqrasiyasının, iqtisadi-işgüzar mühitin, insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin dayanıqlı inkişafının təmin edilməsi, nəqliyyat əməliyyatlarında səmərəliliyin artırılması və xərclərin optimallaşdırılması, şəhər ərazisindən, mövcud nəqliyyat infrastrukturundan və xidmətlərindən daha səmərəli istifadə edilməsi, nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin və enerji istehlakının azaldılmasının təmin edilməsi, əhalinin ümumi istifadədə olan nəqliyyatdan istifadəsinin stimullaşdırılması və xüsusilə şəhərin mərkəzində şəxsi avtomobil ilə hərəkətin azaldılmasının təşviqi istiqamətində tədbirlərin vəı şəhər ərazisində piyada infrastrukturunun (piyada zonalarının, yollarının, keçidlərinin və s.), habelə velosiped nəqliyyatının inkişafı, təşviqi və əlçatanlığı istiqamətində tədbirlərin həyata keçirilməsidir. İclasın keçirilməsində məqsəd Nazirlər Kabinetinin təsdiq etdiyi “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”nın icrası istiqamətində müzakirələr aparmaqdır. “Şəhər mobillik planının hazırlanması” layihəsinin yerinə yetirilməsi üçün ilk növbədə onun texniki tapşırığı hazırlanmalıdır. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən "Yeni həyat" qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov iclas keçirilən şəhər İƏD üzrə nümayəndəliyindən xəbər verir ki, daha sonra iclasda iştirak edən bir sıra sahibkarlar-Şahüseyn Səmədov, Sarvan Nəzərov, Rafis Əmiraslanov, Ramal Hüseynov, Eldar İsayev və başqaları layihə barədə fikirlərini, iradlarını bildirmişlər. Onlar qeyd etmişlər ki, marşrut avtobuslarlının bəzi dayanacaqlarda saxlanılması mümkün deyildir. Tez-tez qəzalar törənir. Şəhərimiz gözəlləşir, abadlıq genişlənir. Amma, şəhərimizdə sərnişin daşınma xidmətində gerilik var. Çalışmalıyıq ki, qısa vaxt ərzində işi günün səviyyəsinə, müasir qaydalara çatdıraq. Qərara əsasən, ilkin mərhələdə Bakı şəhərinin inzibati ərazisinə münasibətdə Bakı Nəqliyyat Agentliyi, bəzi şəhərlər, o cümlədən Masallı şəhərin üzrə isə yerli icra hakimiyyəti orqanları müvafiq şəhərlərin küçə-yol şəbəkəsində yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən Nazirlər Kabinetin “Şəhərdaxili hərəkət (mobillik) planı”nın layihəsi vaxtında verilmiş qərardır. Qeyd olunub ki, layihə əhalinin təhlükəsiz hərəkətinin təmini və nəqliyyat xidmətinin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Geniş müzakirələr davam edəcək, vaxtaşırı reydlər keçiriləcək, icazəsiz taksi dayanacaqlarının yığışdırılması istiqamətində vaxtaşırı tədbirlər görüləcək. Məqsəd əhaliyə ictimai nəqliyyat xidmətini nümunəvi təşkil etmək, təcili avtobus dayanacaqları düzəltmək, marşrutlara səliqəli avtobuslar tətbiq etməkdir. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |