Главная > Maraqlı > 31 mart - Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş “Rəsm sərgisi” və konfrans

31 mart - Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş “Rəsm sərgisi” və konfrans


31-03-2022, 18:46. Разместил: admin44

Masallıda 31 mart - Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş “Rəsm sərgisi” və konfrans keçirilib
       
31 mart  2022-ci  il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsi, “Gənclər Evi” sosial xidmət müəssisəsi, Masallı Dövlət Regional Kolleci, Masallı rayon Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq muzeyi və Rəsm Qalareyası  ilə  birgə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş 31 mart Azərbaycanlıların Soyqırımının 104-cü ildönümünə həsr olunmuş Tədbirlər Planına əsasən 31 mart Azərbaycanlıların soyqırımının 104-cü ildönümünə həsr olunmuş “Rəsm sərgisi” və konfranns keçirilib
       
Tədbirdə əvvəlcə Vətən müharibəsi və mart Soyqrımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi
       
Tədbirdə Masallı rayon Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı rayon Gənclər və İdman İdarəsi Sabiq Cahangirov , “Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov və Rəsm Qalareyasının rəhbəri vəzifəsini icra edən Təhmasib Məcidov çıxış edərək 1918-ci ilin mart-aprel aylarında rus imperiyasının tapşırığı ilə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcədə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri haqqında ətraflı məlumat veriblər.
     
Tədbirdə Masallı rayon Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq muzeyinin elmi işçisi Dilguşə Məmmədova və “Gənclər Evi” sosial xidmət müəssisəsinin Vətənpərvərlik klubunun rəhbəri  Vətən müharibəsi qazisi Fikrət Yaqubzadə geniş məruzə ilə çıxış etmişlər.
   
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Mehman Zaidov çıxış edərək, 31 mart Azərbaycanlıların soyqırımının 104-cü ildönümü ilə əlaqədar olaraq Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun beynəlxalq maarifləndirilmə kampaniyasına dəstək məqsədi ilə sosial şəbəkələrdə gənclərin fəaliyyətinin təşkil olunması həmçinin gənclərimizin bu kampaniyada yaxından iştrak edərək 31 mart Azərbaycanlıların soyqırımı haqqında həqiqətləri dünyaya çatdırmaqda fəal olmağa çağırdı.
   
Sonunda  tədbir iştrakçıları 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş sərgi ilə tanış oldular.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад