Главная > Maraqlı > Nəsimi rayonunda narkotik maddələr, odlu silah-sursat satmaq istəyən, oğurluq edən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib
Nəsimi rayonunda narkotik maddələr, odlu silah-sursat satmaq istəyən, oğurluq edən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib2-04-2022, 17:26. Разместил: admin44 |
Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan, qanunsuz olaraq üzərində odlu silah-sursat saxlayan, həmçinin oğurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, rayon polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan Sahib Eldarov və Ramil Şükürov saxlanılıb. Bu şəxslərdən külli miqdarda narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkarlanıb. İdarə əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı rayon ərazisindəki mağazalardan birinin giriş qapısını sındıraraq içəridə olan kassadan 1500 manat məbləğində pul oğurlayan paytaxt sakini Orxan İsmayılzadə saxlanılıb. Həmin şəxs ifadəsində etdiyi oğurluğu etiraf edib. Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində isə qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən şəxs yaxalanıb. Şöbəyə Masallı rayon sakini Yalçın Həsənovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı satmaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış keçirilərkən bir ədəd “Kalaşnikov” markalı atəş üçün yararlı avtomat, həmin silaha məxsus daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb. Yalçın Həsənov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. 22-ci polis şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |