Главная > Maraqlı > Təzyiqin çarəsi...
Təzyiqin çarəsi...3-04-2022, 14:53. Разместил: admin44 |
Şəfalı bitkilər dedikdə ilk ağla gələn bitkilərdən olan kəklikotudan hələ qədim zamanlardan sağlamlıq üçün istifadə edildiyi məlumdur. Bu bitkinin əhəmiyyəti haqqında İbn Sina, Dioskorid və Böyük Pliniy əsərlərində yazıblar. Yeməklərə, çaya ətir və ləzzət vermək, məqsədi ilə geniş istifadə olunan bu faydalı bitkinin tərkibində efir yağı ilə bərabər, kamedlər, flavanoidlər, ursol və olenaol turşuları var. Təbabətdə geniş tətbiq olunan kəklikotudan bir çox xəstəlikdən qurtulmaq üçün istifadə olunur. Qarqara şəklində ağız boşluğunun və udlağın iltihabi xəstəliklərində tətbiq edilir. Bəlğəmgətirici və antiseptik vasitə kimi laringitdə, traxeitdə, bronxitdə, göyöskürəkdə və bronxopnevmoniyada, eləcə də mədə turşuluğunun azalması, köp, bağırsaqların atoniyası və spazmı ilə gedən mədə-bağırsaq xəstəliklərində qəbul edilir. Kəklikotu çiçəyinin 9 qramının sirkə və duzla qarışığını ödqovucu vasitə kimi də qəbul edirlər. Kəklikotu həlimi qarında yaranan spazmanı götürür, həzmə kömək edir. Qusma və kolitə qarşı da xeyirlidir. Bu bitki və baldan hazırlanmış məlhəm zəhərli cücülərin dişlədiyi yerin üzərinə qoyulduqda faydasını görmək olur. Kəklikotunun əncirlə həlimindən astma və öskürək zamanı da istifadə edirlər. Sakitləşdirici təsirə malik olan kəklikotu immuniteti artırır, soyuqdəyməyə və ağciyər xəstəliklərinə qarşı, revmatizm, spazma, zökəm və qrip xəstəliklərinin müalicəsinə kömək edir. Ətirli bitki dişağrısını və öskürəyi kəsir. Damaqları möhkəmləndirir. Xolesterolun miqdarını nizamlayır. Aritmiya ehtimalını azaldır, qan dövranını nizamlayır, eyni zamanda qan azlığını aradan qaldırır. Kəklikotu, həmdə yüksək təzyiqin dərmanıdır və şəkər xəstəliyinə qarşı əvəz olunmazdır. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |