Главная > Maraqlı > Min bir dərdin dəvası...

Min bir dərdin dəvası...


3-04-2022, 15:05. Разместил: admin44

Şəfalı bitkilərdən olan baldırğanın tərkibində etil efiri yağı və yağ turşuları var. Əsas komponentini isə sirkə turşusunun oktil efiri təşkil edir və bu keyfiyyətinə görə tibdə tətbiq olunur. Ondan hazırlanan preparatlardan ödqovucu, soyuqdəymə, ağrıkəsici və sakitləşdirici vasitə kimi istifadə olunur.

Müalicə məqsədləri üçün bitkinin yarpaq, kök və toxumlarından da istifadə etmək mümkündür. Aparılan tədqiqatlar nəticəsində baldırğan kökünün dəmləməsinin öd kisəsi daşlarını parçaladığı müəyyən edilib. Köklərindən alınan qalen preparatlar və alkaloidlər göbələk əleyhinə yaxşı təsirə malikdir. Meyvələrindən alınan kumarinlər şiş əleyhinə təsir göstərir. Həmçinin bəlğəmli öskürək, isteriya və epilepsiya tutmalarında, sinir, dəri və mədə-bağırsaq xəstəliklərində, əsasən də diareyalarda müalicə üçün istifadə çox faydalıdır. Kök hissəsi qaraciyər və sarılıq xəstəliklərinin əleyhinə olduqca faydalıdır. Təzə toplanmış bitkidən hazırlanan çaydan qastrit, həzm sisteminin pozulması, qan təzyiqi, ürək-damar xəstəlikləri zamanı istifadə edilir.

Bununla yanaşı, bitkinin fototoksik təsiri də var. Baldırğanın yarpaqları efir yağları ilə zəngindir. Bitkinin bəzi növlərinin şirəsinin tərkibində dərinin ultrabənövşəyi şüalara qarşı müdafiə qabiliyyətini azaldan, həssaslığını isə kəskin artıran aktiv furanokumarin maddəsi var. Baldırğan şirəsinə toxunduqda və ya bitkini qırmaq istədikdə dəridə qıcıqlanma, bəzən isə yanıq - fotodermatit yarana bilər.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад