Главная > Maraqlı > Bağlı qalmış daha bir cinayətin üstü peşəkarlıqla açılıb
Bağlı qalmış daha bir cinayətin üstü peşəkarlıqla açılıb4-04-2022, 19:36. Разместил: admin44 |
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılmasını daim diqqət mərkəzində saxlamaqla bu istiqamətdə istintaq-əməliyyat tədbirlərini davam etdirirlər. Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, 2020-ci il sentyabrın 4-də Masallı rayonunun Hüseynhacılı kənd sakini Aidə Şəmmədovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən yekunlaşdırılıb. Aparılmış istintaqla müəyyənləşdirilib ki, zərərçəkmişin qonşusu Şəhriyar Tapdıqov əvvəlcədən planlaşdırdığı oğurluq cinayətini törətmək üçün həmin gün saat 10 radələrində heç kəsin olmadığını düşünərək Aidə Şəmmədovanın yaşadığı evə qanunsuz daxil olub otaqlarda axtarış apararkən evin dəhlizində qəflətən Aidə Şəmmədova ilə qarşılaşıb, törətdiyi oğurluq cinayətini gizlətmək məqsədilə sonuncunun baş nahiyəsinə linglə bir neçə dəfə zərbə endirərək onu qəsdən öldürüb. Şəhriyar Tapdıqova Cinayət Məcəlləsinin 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |