Главная > Maraqlı > Vahid əlaqələndirmə mərkəzlərində 25,6 mindən çox şəxsə xidmət göstərilib
Vahid əlaqələndirmə mərkəzlərində 25,6 mindən çox şəxsə xidmət göstərilib5-04-2022, 16:34. Разместил: admin44 |
Prezident İlham Əliyevin 2021-ci il iyunun 25-də imzaladığı Fərmanla yaradılan vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 25 min 620 şəxsə xidmətlər göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, 142 - Çağrı mərkəzi vasitəsilə isə həmin mərkəzlərə aid məsələlər üzrə 7 min 277 vətəndaş müraciəti cavablandırılıb. Hazırda Bakı şəhərində və Abşeron rayonundakı DOST mərkəzlərində, Gəncə şəhərində, Masallı və Ucar rayonlarında regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərir. Həmin mərkəzlərdə 6-sı mərkəzi (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Sığorta Kommersiya Şirkəti) və 33-ü yerli icra hakimiyyəti olmaqla 39 qurum üzrə 26 istiqamətdə (əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s.) xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edilir. Vahid əlaqələndirmə mərkəzləri şəbəkəsinin ölkəmizin bölgələri üzrə genişləndirilməsi istiqamətində işlər davam edir. İndiyədək Vahid əlaqələndirmə mərkəzlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 12 min 377, Müdafiə Nazirliyi üzrə 10 min 125, Səhiyyə Nazirliyi üzrə 396, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 554, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 254, Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 1389, yerli icra hakimiyyətləri üzrə 525 müraciət daxil olub. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |