Главная > Maraqlı / Manşet > “Aprel qəhrəmanları” adlı tədbir

“Aprel qəhrəmanları” adlı tədbir


5-04-2022, 17:59. Разместил: admin44

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Aprel qəhrəmanları” adlı tədbir keçirildi.

Masallı Tarix -Diyarşünaslıq Muzeyi Masallı şəhər 6 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə Aprel döyüşləri çərçivəsində “Aprel qəhrəmanları” adlı tədbir keçirildi.

Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Muzeyin direktoru Əntiqə Tağıyeva şagirdlərə  Azərbaycan ordusunun qələbəsi ilə bitən 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimizin təcavüzkar Ermənistan ordusuna endirdiyi ağır zərbədən danışaraq, qısa müddət ərzində qazandığımız qələbədən geniş məlumatlar verdi.

Sonra tədbir iştirakçıları muzeyin ekspozisiya zalında vətən qəhrəmanlarına həsr olunan guşə ilə tanış oldular.

"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад