Главная > Maraqlı > Aprel döyüşləri - böyük zəfərin başlanğıcı

Aprel döyüşləri - böyük zəfərin başlanğıcı


5-04-2022, 18:02. Разместил: admin44

Masallı rayon Mərkəzi Kitabxanasında Aprel döyüşlərinin ildönümü ilə əlaqədar “Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” adlı tədbir keçirilib.
Tədbirdə İntiqam Əsgərli adına Masallı şəhər 3 nömrəli tam orta məktəbinin şagirdləri iştirak ediblər.

Kitabxana əməkdaşı Rasif Dadaşov 2016-cı ilin Aprel döyüşlərindən 6 il keçdiyini və həmin döyüşün Azərbaycanın düşmən üzərində böyük qələbəsini yaxınlaşdırdığını bildirib. O, Ermənistanın 2016-cı ilin aprelin 2-də Azərbaycana qarşı növbəti silahlı təxribat törətdiyini və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə sürətli əks-hücuma keçən Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbə vurduğunu qeyd edib.

Kitabxananın digər əməkdaşı Gülər Piriyeva məruzə edərək diqqətə çatdırıb ki, Apreldəki parlaq qələbə nəticəsində strateji əhəmiyyətli bir neçə yüksəklik və yaşayış məntəqəsi düşmən tapdağından azad edilib. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının işğal altında olan, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən Lələtəpə yüksəkliyi qüdrətli ordumuz tərəfindən geri alınıb.
O, qeyd edib ki, Aprel döyüşləri həm də Ordumuzun qüdrətini, əsgər və zabitlərimizin vətənpərvərliyini dünyaya nümayiş etdirdi.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад