Главная > Maraqlı > Masallı rayonunda texnika istifadəçilərinə səyyar xidmət göstərilib

Masallı rayonunda texnika istifadəçilərinə səyyar xidmət göstərilib


8-04-2022, 16:46. Разместил: admin44

Aqrar Xidmətlər Agentliyi tərəfindən Masallı rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında texnika istifadəçilərinə səyyar xidmət göstərilib. “Səyyar xidmət” qrupu müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib. Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun, həmçinin texnika istifadəçilərinin  rahatlığının  təmin olunmasına nail olmaqdır.

Tədbir zamanı qısa müddət ərzində  Masallı rayonundan müraciət etmiş texnika sahibləri üçün 61 ədəd etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələri dəyişdirilmiş, 50 ədəd texnika ilkin və təkrar dövlət qeydiyyatına alınmışdır. Tədbir çərçivəsində texnika istifadəçiləri texnikaların dövlət qeydiyyatına  və texniki baxışa təqdim etmə qaydaları, eləcə də dövlət rüsumları ilə bağlı maarifləndirilib və bukletlər paylanılıb.

“Səyyar Xidmət” qrupu tərəfindən bölgələrdə tədbirlərin keçirlməsi davam etdirilir.










"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад