Главная > Maraqlı > Masallıda Vətən müharibəsi qaziləri ilə görüş

Masallıda Vətən müharibəsi qaziləri ilə görüş


8-04-2022, 18:46. Разместил: admin44

Masallıda Vətən müharibəsi qaziləri ilə görüş keçirilib
           
08 aprel 2022-ci il tarixdə “Masallı Gənclər evi” sosial xidmət müəssisəsində  Masallı rayon Gənclər və İdman idarəsinin və “Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin  birgə təşkilatçılığı ilə II Qarabağ müharibəsində böyük şücaət göstərmiş Qazilərimizin gənclər arasında tanıdılması ilə əlaqədar olaraq bir qrup Qazilərimizlə  görüş  keçirilib.
     
Əvvəlcə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
     
Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov açaraq qzilərimizi salamlamış və torpaqlarımızın işğaldan azad edilməsində göstərdikləri qəhramanlıqlara görə onların hər birinə minnətdarlığını bildirmişdir.
       
Tədbirdə «Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri» İctimai Birliyinin Masallı  rayon təşkilatının sədr müavini I və II Qarabağ müharibəsinin iştrakçısı  Camaləddin Məmmədov, “Gənclər Evi” sosial xidmət müəssisəsinin Vətənpərvərlik klubunun rəhbəri Vətən müharibəsi qazisi Fikrət Yaqubzadə çıxış edərək qazilərimizə göstərilən diqqət və qayğıya görə Ali Baş komandan Prezident İlham Əliyev cənablarına və rayon rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.
       
Tədbirin sonunda bir qrup qazimizə, Masallı rayon Gənclər və İdman İdarəsi və “Gənclər evi” sosal xidmət müəssisəsini tərəfindən hazırlanmış  Fəxri Fərmanlar təqdim olundu.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад