Главная > Maraqlı > “Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə tədbiri davam edir
“Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə tədbiri davam edir11-04-2022, 18:55. Разместил: admin44 |
Masallı Bioloji Təbabət Klinikasında start verilən “Sağlam məktəbli - Xoşbəxt gələcək” adlı növbəti maarifləndirmə tədbiri Masallı rayonunun Türkoba kənd orta məktəbində təşkil edilib. Masallın Bioloji Təbabət Klinikasının əməkdaşları - pediatr Əsli Kalbalıyeva və loqaped Sevinc Tahirova, fizioterapevt-reabilitoloq Günel Nəsibova uşaqları müayinə etmiş, onlarda rast gəlinən qüsurlar haqqında valideynlərə məlumat veriblər. Məlumat üçün bildirək ki, interaktiv formatda keçirilən görüşdə valideynləri və müəllimləri maraqlandıran suallar cavablandırılıb. “Sağlam məktəbli-Xoşbəxt gələcək” maarifləndirmə marafonunun həyata keçirilməsində əsas məqsəd valideynləri müxtəlif mövzularda məlumatlandıraraq onların sayıqlığını artırmaq, valideyn və müəllimləri məktəblilərə münasibətdə müasir yanaşmalarla tanış etmək, məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək, bu yolla təhsilə və xoşbəxt gələcəyə töhfə verməkdir. Maarifləndirmə marafonunun Masallı rayonunun bütün məktəblərində həyata keçirilməsi planlaşdırılır. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |