Главная > Maraqlı > Uğur qazanmış güləşçilərimiz

Uğur qazanmış güləşçilərimiz


12-04-2022, 10:24. Разместил: admin44

Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Təbii ki, buna görə, ilk növbədə, dövlətimizin idmana göstərdiyi diqqət və qayğını xüsusi vurğulamaq lazımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib. Bu gün əldə edilən uğurların təməlində gənc nəsilin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayan dövlət başçımız bildirmişdir: "Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Xalqımız 44 günlük Vətən müharibəsində qazanılan qələbələrlə tarixinin şanlı səhifələrini yaşadı. İgid oğullarımız düşmənin bütün terrorçu əməllərinə baxmayaraq onlara məhz döyüş meydanında layiqli cavab verərək tarixi torpaqlarımızda Azərbaycan bayrağını dalğalanırdı. Son günlər idmançılarımız əldə etdiyi qələbələrlə yeni şanlı səhifələr yazır, bayrağımızı beynəlxalq arenalarda dalğalandırır və xalqımıza böyük qürur hissi yaşadırlar. Yaxın tarixdə Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatını güləşçilərimiz üçün nəticələri də ürəkaçan oldu.

Beləki, Azərbaycan bu yarışda üç qızıl, altı gümüş və yeddi bürünc medal olmaqla 16 medal qazanıb. Bu, qitə çempionatında qardaş Türkiyədən sonra ən yaxşı nəticə olub. Digər qonşumuz Gürcüstan isə bu turnirdə 11 medal qazanmaqla üçüncü yer, Macarıstan isə doqquz medalla beşinci olub. Bu gün igid oğullarımızın tarixi zəfər ilə qürurlanarkən, idmançılarımızın da öz vəzifələrini layiqincə yerinə yetirərək bizi davamlı qələbə sevincini yaşatdıqları üçün təşəkkür edirik.


Vazeh Axundov,
Masallı rayon Şərəfə kənd sakni.

"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад