Главная > Maraqlı > Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir

Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir


13-04-2022, 16:30. Разместил: admin44

Masallı rayon Mərkəzi Kitabxanasında “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir” adlı tədbir keçirilib. Tədbirdə ilk çıxış edən kitabxana direktoru Əlhəddin Nəzərov bildirib ki,yaşadığımız cəmiyyətdə "ağ ölüm" kimi tanınan narkomaniya bəşəriyyət üçün çox böyük fəsadlar verən, irqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir. O, diqqətə çatdırıb ki, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya müasir dövrümüzdə çox böyük vüsət alıb. Qeyd olunub ki, sərhəd tanımayan, qlobal xarakter daşıyan narkomaniya hər bir insanı bu mövzuya çox ciddi yanaşmağa sövq etməlidir.

Sonra kitabxana əməkdaşlarından Nahidə Fərəcova və Rasif Dadaşovun çıxışlarında vurğulanıb ki, bu günkü gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən çox asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur. Narkotik maddələrin gənc nəsil arasında yayılmasının qarşısını almaq məqsədi ilə dünyanın bir çox ölkələrinin qəbul etdiyi milli proqramlarda nəzərdə tutulan müddəalar uğurla yerinə yetirilir, həyəcan təbili səsləndirirlər. Qəbul edilən milli proqramlara əsasən, təhsil ocaqlarının, ictimai təşkilatların əsas vəzifələrindən biri narkomaniyaya qarşı maarifləndirmə və təbliğat işinin aparılmasıdır. Bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədi ilə BMT iyunun 26-nı "Narkomaniyaya və Narkobiznesə qarşı 
Beynəlxalq Mübarizə Günü" elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir.

"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад