Главная > Maraqlı > 2022-ci ili də uğurla başa vuracağımıza böyük əsaslar var
2022-ci ili də uğurla başa vuracağımıza böyük əsaslar var15-04-2022, 17:56. Разместил: admin44 |
"Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib. Biz bu üç ayın yekunlarını keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirməliyik”.Bu sözləri Azərbaycan Respublikasının Prezidenti aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə deyib. Keçən ilin ölkəmizin həyatında çox əlamətdar bir il olduğunu deyən dövlət başçısı vurğulayıb ki, müharibədən sonrakı dövr üçün keçən ilin çox böyük əhəmiyyəti olmuşdur: "Əlbəttə ki, müharibədən sonrakı dövr üçün keçən ilin çox böyük əhəmiyyəti olmuşdur. Bizim əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır". Dövlətimizin başçısı onu da bildirdi ki, bütün bu nailiyyətləri heç kimdən bir manat belə dəstək almadan öz zəhmətimiz hesabına həll etmişik: "Biz bütün bu nailiyyətləri öz zəhmətimiz hesabına qazanmışıq. Heç kimdən bir manat dəstək almamışıq. Azad edilmiş torpaqları da yüz faiz öz gücümüzə bərpa edirik. Bəli, xarici şirkətləri dəvət etmişik. Onlar orada podratçı kimi işləyir. Amma bu günə qədər heç kimdən bir manat almamışıq. Ancaq öz gücümüzə, öz istedadımıza güvənirik". “GƏLƏCƏYƏ BAXDIQDA, MƏN TAM ƏMİNƏM Kİ, AZƏRBAYCAN DAHA DA GÜCLƏNƏCƏK” Bəli, bugünkü uğurlar bunu bir daha təsdiqləyir. Dövlət başçısı keçirilən müşavirədə də bir daha bildirib ki, Azərbaycan bundan sonra daha da güclənəcək və xalqımız bunun şahidi olacaqlar: "Əlbəttə, gələcəyə baxdıqda, mən tam əminəm ki, Azərbaycan daha da güclənəcək. Bu gün digər məsələləri müzakirə edərkən bir daha Azərbaycan ictimaiyyəti bunu görəcəkdir. Ermənistanın isə inkişafı onun özündən asılı olacaq, Ermənistanın qonşu ölkələrə olan münasibətindən asılı olacaq. Çünki indi hər kəsə aydındır ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi. Onlar real müstəqil ölkə olmaq şansını itirmişlər. Biz isə 30 il ərzində, - baxmayaraq ki, torpaqlarımız işğal altında idi, - tam siyasi və iqtisadi müstəqilliyə nail olmuşduq. Ona görə bu gün inamla və qürurla öz sözümüzü bütün kürsülərdə deyirik. Ona görə Ermənistan üçün bəlkə də bu, son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək". Qarşıda dayanan vəzifələrdə Böyük Qayıdışı təmin etmək üçün bütün addımların atılmasının nəzərdə tutulduğunu deyən dövlət başçısı bildirdi ki, ötən ildə olduğu kimi bu il də işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işlərini aparmaqdır: “Əsas məsələ görülən işlərin fonunda vətəndaşların məmnunluğunun artırılmasıdır. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin miqyası, onların müasir tələblər səviyyəsində həyata keçirilməsi bunu bir daha təsdiqləyir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin və qarşıdakı dövrdə hədəflərin təqdimatıdır. Bu inam ifadə edilir ki, qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olacağıq. Buna əsas verən Azərbaycanın daim yeni-yeni hədəflərə doğru inamla irəliləməsi və dövlətimizin uğurlu siyasəti nəticəsində onlara zamanında nail olunmasıdır.” Bir sözlə, birinci rübünün yekunları 2022-ci ili də uğurla başa vuracağımıza böyük əsaslar yaradır və Azərbaycan regionda ən sürətli inkişafla başa vuran ölkələrdən olacaq. SEYFƏDDİN ƏLİYEV, YAP Masallı rayon təşkilatının sədri. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |