Главная > Maraqlı > Masallıda “İnşa-Yazı” müsabiqəsi

Masallıda “İnşa-Yazı” müsabiqəsi


20-04-2022, 18:56. Разместил: admin44

Masallıda “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” vətənpərvərlik  mövzusunda “İnşa-Yazı” müsabiqəsi keçirilib.
         
20 aprel 2022-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclər evi” sosial xidmət müəssisəsində Vətən müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların gənclər arasında tanıdılması ilə bağlı Masallı rayon tam orta ümumi təhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” vətənpərvərlik  mövzusunda  “İnşa-Yazı” müsabiqəsi  keçirilmişdir.
       
Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov və Masallı rayon Təhsil şöbəsinin metedisti Əkbər Mahmudov çıxış edərək bildirmişlər ki, 44 günlük II Qarabağ müharibəsində şanlı ordumuzun uğurlu əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımız düşməndən azad edilmişdir. Vətən uğrunda gedən döyüşlərdə Masallı  igidləridə  yorulmaq bilmədən məharətlə vuruşmuş, öz igidlikləri ilə xüsusilə seçilmiş, əsl qəhrəmanlıq dastanı yazmışlar. Vurğulanıb ki, müsabiqənin keçirilməsində məqsəd şagirdlərin istedad və yaradıcılıq potensialının inkişaf etdirilməsi ilə yanaşı məktəblilərə Vətənə sevgi və məhəbbət hisslərinin aşılanması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsinin təmin edilməsidir.
       
Müsabiqədə şagirdlərə mövzu ətrafında öz fikirlərini ifadə etmələri üçün 1 saat vaxt verilib. İnşa yazı müsabiqəsində Masallı rayon tam orta  ümumtəhsil məktəblərinin X-XI siniflərində təhsil alan 30 şagird iştirak edib. Şagirdlər inşa yazını təşkilat komitəsi tərəfindən təqdim olunan dəftərlərdə yazıblar.Sonra müsabiqə iştirakçılarının inşa yazıları münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib. Nəticələrə görə Xıl kənd Ə.Bəylərbəyov adına tam orta məktəbin X sinif şagirdi Əmirova Arəstəxanım Bayram qızı birinci yerə, Masallı şəhər R.Əlihəsənov adına  1 saylı tam orta məktəbin XI sinif şagirdi Səfərova Güldən Raqif qızı ikinci yerə, Masallı şəhər  N.Nərimanov adına 2 saylı tam orta məktəbin X sinif şagirdi Abdullayeva Rahidə Elnur qızı üçüncü yerə layiq görülmüşlər , Masallı şəhər İ.Zülalov adına 5 saylı tam orta məktəbin IX sinif şagirdi Bəşirova Mahirə Rövşən qızı fərqləndiyinə görə  təltif olunmuşdir.

Müsabiqədə qalib gəlmiş şagirdlər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışlar.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад