Главная > Maraqlı > Böyrək və öd daşlarını əridir, oynaq ağrılarını azaldır
Böyrək və öd daşlarını əridir, oynaq ağrılarını azaldır21-04-2022, 17:22. Разместил: admin44 |
Yazda üzüm ağacları budanılır, fikir vermisinizsə, kəsilən budaqlardan su tökülməyə başlayır. Bu su adi su deyil, onun tərkibində vitaminlər, minerallar və fermentlər var. Bunu həkim-fitoterapevt Füzuli Hüseynov deyib. “Üzüm budağı kəsildikdən sonra su axan nöqtələrin altına qab qoyun, bu suyu toplayıb soyuducuda saxlayın. Səhər ac qarına yarım stəkan bu sudan içmək böyrək və öd daşlarını əridir. Sonra bu su ilə gündə 30-40 qram arası olmaq şərti ilə saç diblərini isladın, saçların gurlaşmasına, qaşınma və kəpəklənmənin aradan qalxmasına, saç tökülməsinin dayanmasına səbəb olacaq. Əgər saçlara qulluq üçün yetərincə üzüm suyu toplanmayıbsa, təzə üzüm yarpaqları və ya zoğları yığaraq, 1 stəkan suda 2 xörək qaşığı olmaqla 20 dəqiqə dəmləyib süzmək və gündə bir dəfə saçları yaxalamaq lazımdır”, - deyə həkim-fitoterapevt əlavə edib. Onun sözlərinə görə, üzüm budağının suyundan gözə damcıladanda göz qaşınmaları və gözdəki qızarmalar aradan qalxır. Bundan başqa, təzə yarpaqlayan üzüm yarpaqları yığılaraq əzilir, oynaq üzərinə qoyulub bağlanılır. Nəticədə oynaq ağrıları azalır, eyni zamanda, oynaq duzlaşmalarına da olduqca faydalı təsir göstərir. “Bundan başqa, yetişməmiş üzüm meyvəsi abqora adlanır. Abqoranı şirəçəkəndən keçirib şüşə butulkalara yığın. Bu şirə şəkər xəstələri üçün çox faydalıdır. Belə ki, yeməkdən yarım saat əvvəl bu şirədən 1 xörək qaşığı 1 stəkan suya qarışdırıb içilərsə, şəkərin səviyyəsi yüksəlməz”, - deyə Füzuli Hüseynov əlavə edib. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |