Главная > Maraqlı > “Şuşa Qarabağın döyünən qəlbi”

“Şuşa Qarabağın döyünən qəlbi”


21-04-2022, 20:56. Разместил: admin44

Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatında  2022-ci ilin “Şuşa” ili elan edilməsi  ilə əlaqədar “Şuşa Qarabağın döyünən qəlbi” mövzusunda tədbir keçirildi. Tədbirdə adı çəkilən müəssisənin əməkdaşları, YAP fəalları və qazilər iştirak etdilər.
İlk öncə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Masallı Tarix -Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva çıxış edərək Şuşa və Şuşanın tanınmış şəxsiyyətlərinin Azərbaycan mədəniyyətinə ayrı-ayrı dönəmlərdə bəxş etdikləri töhfələrdən geniş danışdı.O, bildirdi ki, Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi  1969-1982-ci illərdə Qarabağa çox böyük diqqət və qayğı göstərmişdir. Hər şeydən əvvəl Qarabağ tarixini, mədəniyyətini, iqtisadi inkişafını mükəmməl bilən ulu öndər  bu məsələyə çox həssaslıqla yanaşmışdır. Heydər Əliyev siyasi kursunu  uğurla davam etdirən Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident İlham Əliyev qələbəmizin uğurunun rəmzi olaraq 2022-ci ili “ Şuşa ili” elan etmişdir.
  
Sonra muzeyin əməkdaşı Çingiz Qurbanov Şuşanın tarixi və mədəniyyəti ilə bağlı geniş məruzə etdi.
         
Daha sonra YAP Masallı rayon təşkilatının əməkdaşı Cəlal Əliyev,  muzeyin elmi işçisi Dilgüşə Məmmədova  və başqaları çıxış edərək tarixi - mədəni əhəmiyyətli, Azərbaycan xalqı üçün müstəsna dəyərə malik olan Şuşaya xüsusi qayğı ilə yanaşmağı zəruri edən Resbuplika Prezidenti cənab İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamı haqqında fikirlərini söylədilər. Eyni zamanda bu sərəncamın  Şuşa şəhərinin tarixi görkəminin bərpası və  Azərbaycanın parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədinə yol açmış olduğunu qeyd etdilər. Çıxışçılar Qarabağın döyünən qəlbi olan Şuşanın Azərbaycanın mənəvi varlığının ayrılmaz parçası olduğunu sübuta yetirən və Şuşanı bizə qaytaran Ali Baş Komandan cənab  İlham Əliyevə, müzəffər ordumuzun qəhrəman oğullarına minnətdarlıqlarını ifadə etdilər.
44 günlük Vətən müharibəsinin iştirakçısı Sadıqov Tapdıq döyüş zamanı yaşadığı hissləri tədbir iştirakçıları ilə bölüşərək torpaqlarımızın geri qaytarılmasında iştirakçı olduğundan qürur hissi keçirtdiyini söylədi.
 
Sonda Vətən müharibəsi iştirakçılarına  döyüşdə göstərdikləri fədakarlıqlarına görə Fəxri Fərmanlar təqdim olunaraq xatirə şəkilləri çəkildi.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад