Главная > Maraqlı > Masallıda avtomobildən külli miqdarda narkotik aşkarlanıb

Masallıda avtomobildən külli miqdarda narkotik aşkarlanıb


21-04-2022, 21:08. Разместил: admin44

Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışında şübhəli bilinən Ağcabədi şəhər sakini Məmmədov Elnur Elxan oğlu, Ağcabədi rayon Xocavənd kənd sakini Məmmədov Elçin Cəlil oğlu və Qubadlı rayon Çaytumas kənd sakini Məhərrəmov Pərviz Məhəmməd oğlu saxlanılıblar.

Əməliyyat zamanı P.Məhərrəmovun idarə etdiyi 99-ML-639 dövlət qeydiyyat nişamnlı “Ford Transit” markalı avtomobilə baxış keçirilib.
Baxış zamanı avtomobilin yük yerindən ümumilikdə 34 kiloqram 715 qram narkotik vasitə və 600 ədəd təsiredici həb (17 kiloqram 650 qram heroin, 6 kiloqram 315 qram metamfetamin, 10 kiloqram 750 qram marixuana və 600 ədəd metadon həbi) aşkar edilərək götürülüb.
Faktla bağlı Masallı rayon Polis Şöbəsində cinayət işi başlanaraq istintaq aparılır.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад