Главная > Maraqlı > “Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə tədbiri davam edir
“Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə tədbiri davam edir22-04-2022, 18:55. Разместил: admin44 |
Masallı Bioloji Təbabət Klinikasında start verilən “Sağlam məktəbli - Xoşbəxt gələcək” adlı növbəti maarifləndirmə tədbiri Masallı rayonunun Bala Kolatan kənd orta məktəbində təşkil edilib. Görüşdə iştirak edən valideynlərə və müəllimlərə Masallı Bioloji Təbabət Klinikasının gerçəkləşdirdiyi maarifləndirmə tədbirləri haqqında geniş məlumat verilib, onlara klinikanın hazırladığı bukletlər paylanıb. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov tədbir keçirilən Bala Kolatan kənd orta məktəbindən bxəbər verir ki, Masallın Bioloji Təbabət Klinikasının əməkdaşları — fizioterapevt həkim Günel Nəsibova və loqaped həkim Sevinc Tahirova uşaqları müayinə etmiş, onlarda rast gəlinən qüsurlar haqqında valideynlərə məlumat veriblər. Məlumat üçün bildirək ki, interaktiv formatda keçirilən görüşdə valideynləri və müəllimləri maraqlandıran suallar cavablandırılıb. “Sağlam məktəbli-Xoşbəxt gələcək” maarifləndirmə marafonunun həyata keçirilməsində əsas məqsəd valideynləri müxtəlif mövzularda məlumatlandıraraq onların sayıqlığını artırmaq, valideyn və müəllimləri məktəblilərə münasibətdə müasir yanaşmalarla tanış etmək, məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək, bu yolla təhsilə və xoşbəxt gələcəyə töhfə verməkdir. Maarifləndirmə marafonunun Masallı rayonunun bütün məktəblərində həyata keçirilməsi planlaşdırılır. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |