Главная > Maraqlı > “Qəhrəmanları tanıyaq” layihəsi çərçivəsində növbəti tədbir

“Qəhrəmanları tanıyaq” layihəsi çərçivəsində növbəti tədbir


22-04-2022, 18:59. Разместил: admin44

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Qəhrəmanları tanıyaq” layihəsi çərçivəsində növbəti tədbir keçirildi.

Masallı Tarix-Diyarşünaslıq Muzeyi “Qəhrəmanları tanıyaq” layihəsi çərçivəsindən növbəti tədbirini keçirtdi. Vətən müharibəsi iştirakçılarının məktəblilərlə  növbəti görüşü Nəriman Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbində təşkil olundu. Tədbirdə mədəniyyət işçiləri, Vətən müharibəsi qaziləri, məktəbin müəllim və şagirdlər iştirak etdilər.

Məktəbə qonaq  gələn Vətən müharibəsi iştirakçıları məktəblilər tərəfindən böyük coşqu və sevgi ilə qarşılandılar. Tədbir iştirakçıları ilk öncə məktəbin ərazisində ucaldılan Şəhidlər abidəsini ziyarət edərək, abidə önündə gül dəstələri qoydular.

Tədbir öncəsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edildi.
Muzeyin direktoru Əntiqə Tağıyeva çıxış edərək, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinin başlanması, ordumuzun qazandığı uğurlar barədə şagirdlərə ətraflı məlumatlar verdi. O qeyd etdi ki, Vətən müharibəsində qazandığımız böyük Zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və igid, fədakar, Vətən uğrunda misilsiz cəsarəti sayəsində mümkün olub. Ə. Tağıyeva torpaqlarımız uğrunda sağlamlığını itirən qazilərin hər birimiz üçün örnək olduğunu xüsusi vurğuladı.
Sonra çıxış edən Vətən müharibəsinin iştirakçıları Sadıqov Tapdıq, Qəzənfərli Taleh, Zeynalov Murad, Abbasov Rəvan, Əlirzayev Orxan, Məmmədov Cahangir keçdikləri çətin, şərəfli döyüş yolundan, müharibədə şəhid olmuş əsgər yoldaşları barədə və cəbhə təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdülər.

Daha sonra tədbir iştirakçıları şagirdlərin ifasında şəhidlərə və müharibəyə həsr olunmuş şeyrləri dinlədilər.
Tədbirin sonunda məktəbin direktoru  Mehriban Əzizova tədbir təşkilatçılarına və Vətən müharibəsi iştirakçılarına minnətdarlıqlarını ifadə etdi.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад